İQTİSADİYYAT
Azərbaycan ilə Macarıstan arasında hava əlaqəsi haqqında Hökumətlərarası Saziş layihəsi razılaşdırılıb
Azərbaycan Respublikasının Dövlət Mülki Aviasiya Administrasiyasından AZƏRTAC-a daxil olan məlumata görə, danışıqlar iki ölkə arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 4-cü iclasının protokoluna uyğun olaraq Macarıstan tərəfinin təşəbbüsü ilə təşkil edilib.
Danışıqlarda Azərbaycan ilə Macarıstan arasında hava əlaqəsi haqqında Hökumətlərarası Saziş layihəsi razılaşdırılıb. Həmçinin iki ölkənin aviasiya administrasiyalarının nümayəndə heyətləri hava nəqliyyatı sahəsində qarşılıqlı əməkdaşlıq məsələlərini müzakirə ediblər.
Səfər çərçivəsində Azərbaycanın mülki aviasiya nümayəndə heyəti Budapeşt Beynəlxalq Hava Limanının fəaliyyəti ilə də tanış olub.
Tədbirdə “Azərbaycan Hava Yolları” QSC-nin, “Wizz Air” aviaşirkətinin, Azərbaycanın Budapeştdəki səfirliyinin, eləcə də Macarıstanın ölkəmizdəki səfirliyinin təmsilçiləri iştirak ediblər.