İQTİSADİYYAT


Azərbaycan ilə Macarıstan arasında kənd təsərrüfatı sahəsində əlaqələr müzakirə olunub

Bakı, 29 iyun, AZƏRTAC

İyunun 29-u kənd təsərrüfatı naziri İnam Kərimovun Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyartonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşündə iki ölkə arasında kənd təsərrüfatı sahəsində əlaqələr müzakirə olunub.

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, nazir İnam Kərimov son dövrlərdə ölkəmizdə kənd təsərrüfatı sahəsində həyata keçirilən islahatlar, ölkə rəhbərliyinin aqrar sahəyə göstərdiyi diqqət və qayğı, aqrar sahənin inkişafı ilə bağlı qəbul olunmuş qərar və sərəncamlar barədə geniş məlumat verib. İ.Kərimov Azərbaycanda aqrar sahədə əlverişli investisiya mühitinin olduğunu nəzərə çatdıraraq, hökumət tərəfindən kənd təsərrüfatının müxtəlif sahələrinə ayrılan subsidiyalar barədə danışıb. Azərbaycan və Macarıstan arasında aqrar ticarət sahəsində böyük potensialın olduğunu diqqətə çatdıran nazir kənd təsərrüfatında innovasiyaların tətbiqi və toxumçuluq sahəsində ölkələr arasında əlaqələrin inkişafından məmnun olduğunu qeyd edib.

Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto Azərbaycanla bir çox sahələrdə olduğu kimi kənd təsərrüfatı sahəsində də əməkdaşlığa önəm verildiyini vurğulayıb.

Qonaq iki ölkə arasında kənd təsərrüfatı sahəsində əlaqələrin daha da inkişaf etməsi üçün öz səylərini əsirgəməyəcəyini bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.