SİYASƏT
Azərbaycan ilə Mali arasında siyasi-iqtisadi əməkdaşlığın perspektivləri müzakirə olunub
Əddis-Əbəbə, 27 yanvar, AZƏRTAC
Azərbaycan Respublikasının Afrika İttifaqı yanında daimi nümayəndəsi, səfir Elman Abdullayev Afrika İttifaqının 28-ci Zirvə görüşü çərçivəsində Malinin xarici işlər, Afrika inteqrasiyası və beynəlxalq əməkdaşlıq üzrə naziri Abdulaye Diopla görüşüb.
Görüşdə ikitərəfli siyasi-iqtisadi əməkdaşlığın perspektivləri müzakirə edilib, ölkələrimiz arasında beynəlxalq təşkilatlar, xüsusilə BMT, İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlıqdan məmnunluq ifadə olunub.
Söhbət zamanı, həmçinin tərəflər arasında səfər mübadiləsinin həyata keçirilməsinin vacibliyi qeyd edilib, hüquq-müqavilə bazasının yaradılması üçün müvafiq addımların atılmasına dair fikir mübadiləsi aparılıb.
Аsya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Əddis-Əbəbə