SİYASƏT


Azərbaycan ilə Moldova arasında əməkdaşlığın inkişafı məsələləri müzakirə edilib

Kişineu, 13 fevral, AZƏRTAC

Moldova Respublikasının Prezidenti İqor Dodon Azərbaycanın bu ölkədəki səfiri Qüdsi Osmanovu qəbul edib.

AZƏRTAC xəbər verir ki, görüşdə Moldova-Azərbaycan münasibətlərinin cari vəziyyəti nəzərdən keçirilib.

Moldova dövlətinin başçısı bir çox sosial layihələrin reallaşmasına göstərdiyi əhəmiyyətli yardıma görə Azərbaycan rəhbərliyinə təşəkkür edib. O xatırladıb ki, bu il Çadır-Lunqa şəhərində Heydər Əliyev Fondunun dəstəyi ilə Mədəniyyət və Təhsil Mərkəzi açılacaq. Mərkəzin tikintisi barədə razılıq Moldova Prezidentinin 2017-ci ildə Bakıya rəsmi səfəri zamanı Prezident İlham Əliyevlə şəxsi razılaşma əsasında əldə olunub.

Bundan əlavə, görüşdə 2012-ci ildən bir yerə toplaşmayan ticari-iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın dördüncü iclasının keçirilməsinin əhəmiyyəti göstərilib. Bildirilib ki, yeni iclas Azərbaycanın işgüzar mühiti ilə qarşılıqlı fəaliyyətə güclü təkan verəcək.

 

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kişineu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.