SİYASƏT


Azərbaycan ilə Moldova arasında siyasi dialoqun genişlənməsi müzakirə edilib

Kişineu, 10 noyabr, AZƏRTAC

Noyabrın 10-da Azərbaycanın Moldovadakı səfiri Qüdsi Osmanovun bu ölkənin xarici işlər və Avropaya inteqrasiya naziri Niku Popesku ilə görüşü keçirilib.

AZƏRTAC xəbər verir ki, görüşdə Moldova-Azərbaycan münasibətlərinin aktual məsələləri müzakirə olunub. Tərəflər siyasi dialoqun genişləndirilməsi, ticari-iqtisadi, mədəni-humanitar sahələrdə əməkdaşlığın inkişaf etdirilməsinin perspektivləri müzakirə edilib.

Bundan əlavə, görüşdə qarşılıqlı yüksək səviyyəli səfərlərin təşkili, ticarət dövriyyəsinin artırılması, sərmayə qoyuluşu və qarşılıqlı maraq doğuran digər sahələrdə hüquq bazanın genişləndirilməsinin vacibliyi vurğulanıb.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kişineu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.