İQTİSADİYYAT


Azərbaycan ilə Moldova arasında ticarət dövriyyəsinin həcmi açıqlanıb

Kişinyov, 18 oktyabr, AZƏRTAC

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan ilə Moldova arasında ticarət dövriyyəsinin həcmi 4 milyon dolları ötüb.

Bu barədə AZƏRTAC-a Moldovanın Milli Statistika Bürosundan məlumat verilib.

Bildirilib ki, hesabat dövründə Azərbaycanın Moldovadan idxal etdiyi məhsulun dəyəri 3,7 milyon dollara yaxın olub. Azərbaycandan Moldovaya isə 376 min dollarlıq məhsul ixrac edilib.

Xatırladaq ki, 2018-ci ildə Azərbaycan ilə Moldova arasında ticarət dövriyyəsinin həcmi 7 milyon dollara yaxın olub.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kişinyov

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.