SİYASƏT


Azərbaycan ilə Monteneqro arasında hərbi əməkdaşlıq məsələləri müzakirə edilib

Bakı, 24 sentyabr, AZƏRTAC 

Sentyabrın 24-də Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov “ADEX 2018” üçüncü Azərbaycan Beynəlxalq müdafiə sərgisində iştirak etmək üçün ölkəmizə səfərə gələn Monteneqro Respublikasının müdafiə naziri Predraq Boşkoviçin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişafından məmnunluğun ifadə edildiyi görüşdə vurğulanıb ki, Azərbaycan ilə Monteneqro arasında bir çox istiqamətlərdə, o cümlədən hərbi sahədə əməkdaşlığın genişləndirilməsi üçün yaxşı potensial mövcuddur.

Monteneqronun müdafiə nazirinin “ADEX 2018” üçüncü Azərbaycan Beynəlxalq müdafiə sərgisində iştirak etmək üçün nümayəndə heyəti ilə Bakıya səfərinin önəmini vurğulayan general-polkovnik Z.Həsənov bunun ölkələrimiz arasında hərbi sahədə əməkdaşlığın daha da inkişafına yeni təkan verəcəyini deyib.

Monteneqronun müdafiə naziri isə öz növbəsində dövlətlərimizin əlaqələrinin möhkəm dostluq münasibətlərinə əsaslandığını, ölkəsinin Azərbaycanın vacib tərəfdaşı olduğunu deyərək bu cür görüşlərin ikitərəfli münasibətlərin, eləcə də hərbi sahədə əməkdaşlığın genişləndirilməsi baxımından zəruriliyini qeyd edib.

Sonra tərəflər beynəlxalq və regional təhlükəsizlik məsələləri, ikitərəfli hərbi əməkdaşlığın inkişaf perspektivləri barədə geniş fikir mübadiləsi aparıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.