SİYASƏT


Azərbaycan ilə NATO arasındakı əlaqələrin vəziyyəti  və inkişaf perspektivləri müzakirə olunub

Bakı, 26 sentyabr, AZƏRTAC

Sentyabrın 26-da Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan NATO baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturayın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Azərbaycanın NATO-nun tərəfdaşı olduğunu vurğulayan nazir xüsusi qeyd edib ki, Alyansın Cənubi Qafqazda təhlükəsizliyə dair mövqeyi Avratlantik təhlükəsizliyin möhkəmlənməsinə xidmət edir, regional sülh və sabitlik üçün əhəmiyyətlidir. Nazir NATO-nun Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə verdiyi siyasi dəstəyi yüksək qiymətləndirib. Dağlıq Qarabağ münaqişəsinə toxunan general-polkovnik Z.Həsənov vurğulayıb ki, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü regionun təhlükəsizliyinə ciddi təhdiddir.

NATO-Azərbaycan əlaqələrini yüksək qiymətləndirən C.Appaturay sülhməramlılarımızın Əfqanıstanda keçirilən əməliyyatlar çərçivəsində beynəlxalq təhlükəsizliyə verdiyi töhfəyə, əməkdaşlığın daha da inkişaf etdirilməsinə və Alyansın müxtəlif proqramlarında Azərbaycan hərbçilərinin fəal iştirakına görə dövlətimizin başçısına minnətdarlığını bildirib.

Görüşdə Azərbaycan ilə NATO arasında müxtəlif proqramlar üzrə həyata keçirilən layihələr, əlaqələrimizin hazırkı vəziyyəti və inkişaf perspektivləri barədə geniş fikir mübadiləsi aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.