SİYASƏT
Azərbaycan ilə Nikaraqua arasında əməkdaşlıq imkanları müzakirə olunub
Bakı, 26 sentyabr (AZƏRTAC). Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov sentyabrın 25-də Nyu Yorkda nikaraqualı həmkarı Samuel Santos Lopezlə görüşüb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə ölkələrimiz arasında münasibətlərin inkişafı, iqtisadiyyat və investisiya sahəsində əməkdaşlıq imkanları, beynəlxalq təşkilatlar çərçivəsində əlaqələr müzakirə olunub, qarşılıqlı səfərlərin həyata keçirilməsi barədə razılıq əldə edilib.