Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Azərbaycan ilə Özbəkistan arasında din sahəsində əlaqələrin genişləndirilməsi məsələləri müzakirə olunub

Azərbaycan ilə Özbəkistan arasında din sahəsində əlaqələrin genişləndirilməsi məsələləri müzakirə olunub

İyulun 10-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı Özbəkistan Respublikasının Nazirlər Kabineti yanında Dini Məsələlər üzrə Dövlət Komitəsinin sədri Artukbek Yusupov və Özbəkistan Müsəlmanları İdarəsinin sədri müfti Usmonxan Alimovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, komitə sədri Özbəkistan ilə Azərbaycan arasında tarixi kökləri olan dostluq münasibətlərinə toxunub, ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrindən danışıb. Qeyd edilib ki, ölkələrimiz arasında münasibətlərin əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulub və bu gün dövlətimizin başçımız tərəfindən uğurla davam etdirilir.

Torpaqlarımızın 20 faizinin işğal altında olduğunu bildirən M.Qurbanlı iyulun 4-də Füzuli rayonunun Alıxanlı kəndində törədilmiş qanlı hadisə nəticəsində dünya ictimaiyyətinin növbəti dəfə mülki sakinlərə qarşı erməni terrorunun şahidi olduğunu bildirib. Özbəkistanın bütün beynəlxalq təşkilatlarda Azərbaycanın ədalətli mövqeyini və ərazi bütövlüyünü dəstəklədiyini, iki ölkə arasında əlaqələrin hər zaman yüksək səviyyədə olduğunu vurğulayıb.

Çoxkonfessiyalı və çoxmillətli dövlət olan Azərbaycanda dövlət-din münasibətləri, həmçinin dövlətin din sahəsindəki siyasəti, Dövlət Komitəsinin fəaliyyəti barədə geniş məlumat verən Mübariz Qurbanlı Azərbaycanın malik olduğu nümunəvi multikultural və tolerantlıq modelindən söhbət açıb. Qeyd edib ki, Prezident İlham Əliyev tolerantlıq ənənələrini daha da inkişaf etdirərək dövlət siyasətinə çevirib. Sovet hakimiyyəti dövründə 17 məscid olan Azərbaycanda hazırda 2246 məscid var. Təsadüfi deyil ki, Cənubi Qafqazın ən böyük məscidi olan Heydər məscidi Bakıda inşa edilib. 28-i qeyri-İslam olmaqla 757 dini icma və 10 İslam kolleci dövlət qeydiyyatına alınıb.

Mübariz Qurbanlı bildirib ki, ölkəmizdə dinə yüksək səviyyədə dövlət qayğısı var və bu qayğı bütün konfessiyaları əhatə edir. Dövlətin qayğısı ibadət evlərinin təmiri, bərpası və əsaslı şəkildə qurulması, yenilərinin tikilməsi istiqamətində həyata keçirilir. Azərbaycanda dini konfessiyaların fəaliyyətinin dəstəklənməsi məqsədi ilə mütəmadi olaraq Azərbaycan Respublikasının Prezidenti tərəfindən İslam və qeyri-İslam təmayüllü dini qurumlara maliyyə vəsaiti ayrılır.

Ötən ilin ölkəmizdə “Multikulturalizm İli”, bu ilin isə “İslam Həmrəyliyi İli” elan olunmasının təsadüfi olmadığına diqqət çəkən Komitə sədri bununla bağlı ölkəmizdə və xaricdə çoxsaylı yerli və beynəlxalq səviyyəli tədbirlərin keçirildiyini deyib. Eyni zamanda, IV İslam Həmrəyliyi Oyunlarının Azərbaycanda keçirilməsini İslam dünyasını bir araya gətirən, birləşdirən humanitar, siyasi, iqtisadi əlaqələrə təkan verən hadisə kimi qiymətləndirib, İslamda həmrəyliyə böyük ehtiyac olduğunu qeyd edib.

Mübariz Qurbanlı bildirib ki, Dövlət Komitəsi tərəfindən qanun çərçivəsində, iqtisadiyyat sahəsi ilə əlaqəli və ideoloji-təbliğat yolu olmaqla 3 istiqamətdə radikal dini qruplara qarşı mübarizə müəyyən edilib. Bu sahədə Komitə hüquq-mühafizə orqanları və Qafqaz Müsəlmanları İdarəsi, eləcə də digər müvafiq orqanlarla birgə fəaliyyət göstərir. Qanun pozuntusuna yol verildiyi təqdirdə, onların neytrallaşması və qanun qarşısında cavab verməsi istiqamətində ciddi addımlar atılır. O bildirib ki, ideoloji-təbliğat yolu əsl İslami dəyərlərin təşviq və təbliğ edilməsindən, maarifləndirmə işlərinin həyata keçirilməsindən ibarətdir.

Özbəkistan Respublikasının Nazirlər Kabineti yanında Dini Məsələlər üzrə Dövlət Komitəsinin sədri Artukbek Yusupov bildirib ki, iki qardaş ölkə arasında əlaqələrin dərin tarixi kökləri var. Azərbaycana ilk dəfə səfər etdiyini diqqətə çatdıran Artukbek Yusupov səfərin Özbəkistanla Azərbaycan arasında din sahəsində əlaqələrin daha da genişlənməsinə böyük təkan verəcəyinə ümidvar olduğunu vurğulayıb.

Qonaq deyib ki, bu gün müsəlman dünyasının mühüm tərkib hissəsi olan Azərbaycan İslam mədəni irsinin yaranması və qorunub saxlanılmasında önəmli məkanlardan biri kimi tanınır. Buna görə də 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan olunması bütün müsəlman aləminə və dünyaya xoşməramlı mesajdır. O, eyni zamanda, bu ilin mayında Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarının təkcə idman yarışı kimi deyil, həmçinin bütün İslam dünyasının birlik, həmrəylik günləri kimi tarixə yazıldığını bildirib.

Dini sahədə gələcəkdə hər iki ölkənin müvafiq qurumları arasında təcrübə mübadiləsinin aparılmasının önəmini vurğulayan Özbəkistan Müsəlmanları İdarəsinin sədri müfti Usmonxan Alimov bildirib ki, Azərbaycanda məzhəblərarası həmrəyliyin nadir nümunəsi mövcuddur. Vurğulanıb ki, hazırda bəzi qüvvələr İslam dininə qarşı düşmən münasibət formalaşdırmağa çalışır. Şübhəsiz ki, İslam dininə münasibətdə bu cür yanaşma əsassızdır və bu, İslam dəyərlərinin yanlış dərk edilməsindən irəli gəlir. Çünki İslam dinini dərk etdikcə onun humanizm, tolerantlıq, xoş rəftar, mərhəmət daşıdığının, yüksək əxlaqi dəyərləri təbliğ etdiyinin şahidi oluruq.

Söhbət zamanı iki ölkənin din siyasətini həyata keçirən qurumları arasında əlaqələrin möhkəmləndirilməsinin vacibliyi və birgə tədbirlərin keçirilməsi, eləcə də qarşılıqlı maraq kəsb edən digər məsələlər barədə müzakirələr aparılıb.

Görüşdə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı, sədr müavinləri Səyavuş Heydərov, Gündüz İsmayılov, Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini müfti Salman Musayev, sədr müavini Rəşad Əlyarlı, Özbəkistanın Azərbaycandakı səfiri Şerzod Fayziyev və digər şəxslər iştirak ediblər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bakıda Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ilk iclası keçirilir

Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanışlıq YENİLƏNƏCƏK

“LG Electronics”-in əməliyyat mənfəəti üç ayda 10,8 faiz azalıb

Azərbaycan və Qırğız Respublikası arasında rəqəmsal transfromasiya istiqamətində əməkdaşlıq müzakirə edilib

Beynəlxalq konfransın iştirakçıları Ulu Öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər

Həqiqi hərbi xidmətə aprel çağırışı yekunlaşır

BDU-da “Ulu Öndər Heydər Əliyev Azərbaycanın ekoloji siyasətinin banisidir” adlı tədbir keçirilib

Qərbi Azərbaycan İcması ABŞ Dövlət Departamentinin insan hüquqlarına dair növbəti ölkə hesabatları ilə bağlı bəyanat yayıb

Çində növbəti “Azərbaycan Ticarət Evi”nin açılışı olub

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar YENİLƏNƏCƏK

Musa Qurbanlı: Yayda hansı variantın daha yaxşı olduğuna baxacağam

Solçu partiyanın Stokholmdakı görüşü hücuma məruz qalıb

Mayın 1-dən balıq ovuna moratorium qüvvəyə minir

Bakıda dünya qastroenteroloqlarının 20-ci beynəlxalq konqresi işə başlayıb

Kinomuzun Babəki məktəblilərlə görüşəcək

Nazir müavini: Macar şirkətlərin Azərbaycan iqtisadiyyatına sərmayələri 1 milyard dolları ötüb

Azərbaycan ilə Qırğızıstan arasında Anlaşma Memorandumu imzalanıb

Türkmən şairi Maqtımqulu Fraqinin 300 illiyi UNESCO-da sərgi və musiqi konserti ilə qeyd olunub

“Hizbullah” İsrailə qarşı keçirdiyi əməliyyatların sayını açıqlayıb

Assosiasiya sədri: Azərbaycanda arbitraj sisteminin yaradılması beynəlxalq nizama da töhfə verəcək

Macarıstan Azərbaycandan qaz tədarükünü artırmaq istəyir

ADNSU-da COP29 çərçivəsində beynəlxalq konfrans işə başlayıb

Macarıstan şirkətlərinin Qarabağın bərpasında iştirak edəcəyi tarix açıqlanıb

Bakıda "Yaşıl dünyamız gözlərə nur verən elmin işığında” mövzusunda elmi konfrans keçirilir

Argentina hökuməti dövlət universitetlərini maliyyələşdirilməyəcək

Səidə Şəfiyeva: Mətbuat xidmətlərinin rəhbərləri üçün keçirilən tədbirlərə xarici ekspertlər cəlb olunub

Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar YENİLƏNƏCƏK

“Məşğulluğa Dəstək Layihəsi” ilə bağlı daha iki rayonda ictimai dinləmələr keçiriləcək

Nazir: Azərbaycanla enerji sahəsində əməkdaşlıq Macarıstanın enerji təhlükəsizliyini artırır

Nazir: Azərbaycanla Macarıstan arasında ticarət dövriyyəsi 40 faiz artıb

Əmək və əhalinin sosial müdafiəsi naziri Macarıstanın xarici işlər və beynəlxalq ticarət naziri ilə görüşüb

Azərbaycanda dövlət səfərində olan Qırğızıstan Prezidenti Sadır Japarov Füzuli rayonuna gəlib

Azərbaycanın idman gimnastı Dünya Kubokunda finala yüksəlib

Şimali Makedoniyada prezident seçkilərində müxalif namizəd liderlik edir

Bu gün Xalq artisti Məmməd Bürcəliyevin anadan olmasından 110 il ötür

Məhkəmə-Hüquq Şurasının sədri: Yerli məhkəmələr arbitraj institutunun uğurlu olması üçün lazımi dəstəyi verəcək

Naxçıvan Dövlət Universiteti ilə Finlandiyanın Helsinki Universiteti arasında əməkdaşlıq əlaqələri qurulur

"Neftçi"nin legioneri: “Qarabağ”a məğlubiyyətə görə azarkeşlərimizdən üzr istəyirik

Rektor: COP29-un bu il Azərbaycanda keçirilməsi aparılmış məqsədyönlü dövlət siyasətinin bariz nümunəsidir

İnam Kərimov: Azərbaycanda məhkəmə-hüquq islahatları hər zaman dövlətin diqqət mərkəzində olub

“Qarabağ” və “Zirə” Azərbaycan Kubokunda ikinci dəfə finalda qarşılaşacaq

Vətəndaşlara Laçına fərdi avtomobilləri ilə səfər etmələrinə icazə veriləcək

Magistraturaya qəbul imtahanının II cəhdində 19 min 716 nəfər iştirak edəcək

Azərbaycan Kuboku: “Qarabağ” “Neftçi”nin göstəricisini təkrarlayıb

Azərbaycanın 7 cüdoçusu Avropa çempionatında mübarizəyə başlayır

Azərbaycan Ordusunda komanda-qərargah təlimləri keçirilir VİDEO

Vəkillər Kollegiyasının sədri: Bu gün ölkəmizdə vəkillərin sayı 2454 nəfərə çatıb

Aprelin 24-də 5 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb

Dünya birjalarında neft bahalaşıb

DİN: Ötən gün qanunsuz saxlanılan odlu silah və sursatlar aşkarlanaraq götürülüb

Mətbuat xidmətlərinin rəhbərləri üçün “Böhran kommunikasiyası” mövzusunda təlim təşkil olunub

Azərbaycan Kubokunun yarımfinalında məhsuldarlıq rekordu yenilənib

DİM sertifikasiya imtahanı materiallarının hazırlanması üçün mütəxəssisləri əməkdaşlığa dəvət edir

Paytaxtda müxtəlif təyinatlı kəsici-deşici alətlər satan şəxslər saxlanılıblar

DİN: Ötən gün ölkə ərazisində 63 cinayətin üstü açılıb

“Toyota” ötən maliyyə ilində avtomobil istehsalında rekord vurub

Azərbaycan nefti bahalaşıb

Azərbaycan-Rusiya münasibətləri yeni hədəflərimizə çatmağa töhfə verəcək – ŞƏRH

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur - SİYAHI

Blinken: ABŞ və Çin ikitərəfli münasibətlərə məsuliyyətlə yanaşmalıdır

Dövlət Departamenti: ABŞ hərbçilərinin Nigerdən çıxarılması ilə bağlı müzakirələr başlayır

Vaşinqtonda “erməni soyqırımı” yalanlarına qarşı dinc aksiya keçirilib VIDEO

“Gəncə və gəncəlilər” layihəsi növbəti dəfə Xalq artisti Fikrət Verdiyevə həsr olunub

Türkiyə kosmik düşərgəsində Vətən müharibəsinin şəhid uşaqları üçün kvota ayıracaq

Ağ ev: Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır

Londonda süvari birliyindən qaçan atlar dörd nəfəri yaralayıb

Yaşıl zonalardakı həyat həyəcan və depressiya riskini azaldır

Avropa Komissiyası Ukraynaya 1,5 milyard avroluq daha bir tranş ayırıb

Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib

Türk dövlətlərinin peykləri bütün TDT ölkələrinin xeyrinə istifadə edilə bilər

“İrs” jurnalının xorvat dilində ilk buraxılışının təqdimatı olub

Türkiyə Kuboku: “Trabzonspor” cavab matçına sərfəli nəticə ilə yollanacaq

İtaliya Kubokunda ikinci finalçının adı məlum olub

Premyer Liqa: “Liverpul” çempionluq yolunda vacib xal itirib

Husilər tərəfindən iki ticarət gəmisi və bir Amerika esminesi hücuma məruz qalıb

“Məhşər Divanı: Yalanın 17 anı” kitabında yalançı erməni tarixindən bəhs edilir

Tərtərdə “Şahin” hərbi-idman oyununun zona birinciliyinin qalibi müəyyənləşib

Bakıda Rusiya Kinosu Günlərinin təntənəli açılış mərasimi olub

Üzgüçülük üzrə açıq Azərbaycan çempionatı start götürüb

COP29 Sədrliyi ölkə pavilyonlarının təşkili üzrə müraciətlərin qəbuluna başlayıb

XİN: Azərbaycan BMT-nin insan hüquqları sahəsində müvafiq müqavilə qurumları ilə əməkdaşlığa böyük önəm verir

Qurban Qurbanov: Finala vəsiqə qazanmaq xoş hissdir

DOST Agentliyində Keniya nümayəndə heyəti ilə görüş olub

“Neftçi”nin baş məşqçisi: Birinci oyundakı nəticə hər iki komandaya təsir etmişdi

Milli İncəsənət Muzeyində “Gizli və aşkar” adlı fərdi sərgi açılıb

Daha bir boksçumuz Avropa çempionatında yarımfinala vəsiqə qazanıb

Azərbaycan Kuboku: “Qarabağ” “Neftçi”ni cavab oyununda da məğlub edərək finala yüksəlib

Bakıda Qırğız Mədəniyyəti Günlərinin açılış mərasimi olub VİDEO

Qırğız Mədəniyyəti Günləri çərçivəsində Heydər Əliyev Mərkəzində sərgi açılıb

Özbəkistan media nümayəndələri DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olublar

Azərbaycanın daha bir paraüzgüçüsü Avropa çempionatında qızıl medal qazanıb

ABŞ-ın Ukraynaya yeni hərbi yardım paketinin dəyəri bir milyard dollardır

Azərbaycan-Rusiya münasibətlərində yeni formatın konturları ŞƏRH

ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev forumda iştirak edib YENİLƏNİB -2 VİDEO

Ali qonağın şərəfinə dövlət ziyafəti  YENİLƏNİB VİDEO

Ərdoğan: Müdafiə sənayesinin inkişafı yolunda məhdudiyyətlər mövzusu gündəlikdən çıxarılmalıdır

ABŞ Prezidenti Ukraynaya hərbi yardım haqqında qanunu imzalayıb

Konstitusiya Məhkəməsinin Plenumunun iclasında Nəsimi Rayon Məhkəməsinin müraciəti əsasında konstitusiya işinə baxılıb

İraq Prezidenti COP29-da iştirak etməyə dəvət olunub

Azərbaycanın diplomatik nümayəndəliyi “El País” qəzetində Ermənistan səfirliyinin əsassız ittihamlarına cavab verib