SİYASƏT


Azərbaycan ilə Palau arasında diplomatik münasibətlərin qurulmasına dair birgə kommunike imzalanıb

Azərbaycan ilə Palau arasında diplomatik münasibətlərin qurulmasına dair birgə kommunike imzalanıb

Vaşinqton, 1 fevral, AZƏRTAC 

Fevralın 1-də Nyu-York şəhərində Azərbaycan Respublikası və Palau Respublikası arasında diplomatik əlaqələrin qurulmasına dair birgə kommunike imzalanıb.

AZƏRTAC xəbər verir ki, sənədə əsasən, diplomatik əlaqələrin yaradılması iki ölkə və xalq arasında qarşılıqlı anlaşma və əməkdaşlığı təşviq etmək niyyətindən irəli gəlir, BMT Nizamnaməsi və beynəlxalq hüququn hamılıqla qəbul olunmuş norma və prinsipləri, xüsusilə də dövlətlərin suverenliyi və ərazi bütövlüyü və dövlətlərin daxili işlərinə qarışmama prinsipləri rəhbər tutulur.

Birgə kommunikeni hər iki ölkənin BMT yanında daimi nümayəndələri Yaşar Əliyev və Ngedikes Olai Uludong imzalayıblar.

Yusif Babanlı

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.