SİYASƏT


Azərbaycan ilə Parlamentlərarası İttifaq arasında əməkdaşlıq məsələləri müzakirə olunub

Bakı, 13 dekabr, AZƏRTAC

Xarici işlər naziri Elmar Məmmədyarov dekabrın 13-də Parlamentlərarası İttifaqın prezidenti Qabriela Kuevas Barron ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə dekabrın 14-15-də Azərbaycanda keçiriləcək Gənc Parlamentarilərin V Qlobal Konfransının təşkili ilə bağlı fikir mübadiləsi aparılıb.

Sözügedən tədbirlə bağlı təşkilatçılıq işlərinin cari vəziyyətindən məmnunluğunu bildirən Q.K.Barron qlobal konfransın yüksək səviyyədə təşkil olunacağına əminliyini bildirib.

Söhbət zamanı bu konfransın Azərbaycan ilə Parlamentlərarası İttifaq arasında əməkdaşlığın daha da inkişafına təkan verəcəyinə əminlik ifadə olunub.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.