SİYASƏT


Azərbaycan ilə Polşa arasında siyasi əlaqələrin inkişaf perspektivləri müzakirə edilib

Varşava, 6 oktyabr, AZƏRTAC

Azərbaycanın Polşadakı səfiri Həsən Həsənov bu ölkənin xarici işlər nazirinin müavini Bartoş Çixotski ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycan ilə Polşa arasında siyasi əlaqələrin hazırkı vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub.

Sonda Bartoş Çixotskiyə Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin sədri Əlimərdan bəy Topçubaşova və Polşa Respublikasının sabiq Baş naziri İqnatsi Yan Paderevskiyə həsr edilmiş xatirə nişanı təqdim olunub.

Aygün Əliyeva

AZƏRTAC-ın xüsusi müxbiri

Varşava

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.