İQTİSADİYYAT
Azərbaycan ilə Qazaxıstan arasında investisiya qoyuluşu məsələləri müzakirə edilib



Nur-Sultan, 19 may, AZƏRTAC
Azərbaycan ilə Qazaxıstan arasında qarşılıqlı investisiya qoyuluşu iki ölkə arasında iqtisadi əlaqələri inkişaf etdirir.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədovun "Astana-Texnopolis" Xüsusi İqtisadi Zonasında, həmçinin "Qazİndustry" Səhmdar Cəmiyyətinin rəhbərliyi və əməkdaşları ilə görüşündə qeyd edilib.
Görüşdə "Astana-Texnopolis" Xüsusi İqtisadi Zonasında Azərbaycan investisiyaları ilə tikilən parfümeriya zavodunun imkanları və perspektivləri, habelə İqtisadi Zonanın ərazisində Azərbaycan investorları tərəfindən digər layihələrin həyata keçirilməsi imkanları ilə bağlı müzakirələr aparılıb.
Görüşdən sonra parfümeriya zavodunda tikintinin gedişatı ilə tanışlıq olub.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Nur-Sultan