SİYASƏT
Azərbaycan ilə Qətər arasında bir çox sahələrdə əməkdaşlıq məsələləri müzakirə edilib
Bakı, 21 may, AZƏRTAC
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun 16-cı Doha Qlobal Forumu çərçivəsində Qətərin xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhman bin Casim Al Sani ilə görüşündə ölkələrimiz arasında münasibətlərin mövcud səviyyəsindən məmnunluq ifadə olunub.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə siyasi, iqtisadi, ticarət və turizm sahələrində əməkdaşlıq məsələləri müzakirə edilib.