Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Azərbaycan ilə Ras Əl-Xeymə Əmirliyi arasında əməkdaşlıq üçün yaxşı potensial var VİDEO

Ras Əl-Xeymə, 28 mart, AZƏRTAC

Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) səfiri Daşqın Şikarov Ras Əl-Xeymə Əmirliyinə işgüzar səfər edib.

Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, Daşqın Şikarov Ras Əl-Xeymə Əmirliyinin Əmiri Şeyx Səud bin Saqr Əl Qasimi ilə görüşüb. Diplomat Azərbaycan-BƏƏ əlaqələrinin inkişafı kontekstində turizm və investisiya sahələrində qarşılıqlı əməkdaşlıq üçün yaxşı imkanların mövcudluğunu əsas tutaraq, Azərbaycanın bu işbirliyi üçün hazır olduğunu diqqətə çatdırıb. Daşqın Şikarov ötən ilin noyabrından etibarən BƏƏ vətəndaşlarının Azərbaycana vizanı ölkəmizin istənilən hava limanında almaq hüququ əldə etməsi barədə qərarın münasibətlərimizin inkişafına mühüm təkan verəcəyini bildirib.

Səfir ötən iki ildə yüksək səviyyəli qarşılıqlı səfərlərin ikitərəfli əlaqələrin və əməkdaşlığın gücləndirilməsi baxımından əhəmiyyətini vurğulayıb. Ölkəmizdə sabitliyin və əmin-amanlığın qorunub saxlandığını xüsusilə qeyd edən D.Şikarov Azərbaycanda gedən iqtisadi tərəqqi, xüsusilə qeyri-neft sektorunun inkişafı, ölkəmizdə iş adamlarının fəaliyyəti üçün yaradılan münbit şərait barədə ətraflı məlumat verib. Diplomat Ras Əl-Xeymə Əmirliyinin iş adamlarını ölkəmizə investisiya yatırmağa dəvət edib.

Əmir Şeyx Səud Əl Qasimi ölkəmizin xüsusilə son illərdə nəzərəçarpan hərtərəfli inkişafı və böyük regional nüfuzu barədə məlumatlı olduğunu bildirib. O, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən tədbirləri yüksək qiymətləndirdiyini və bu fəaliyyətin ölkəmizdə sabitliyin və əmin-amanlığın başlıca amili olduğunu deyib. Azərbaycan ilə əməkdaşlıq üçün yaxşı potensialın olduğunu vurğulayan Əmir onu üzə çıxarmağa və turizm, investisiya, kənd təsərrüfatı kimi sahələrdə əməkdaşlığa hazır olduqlarını deyib. O, Azərbaycana səfər edəcəyini vəd edib.

Səfir D.Şikarov əzəli Azərbaycan torpaqları olan Dağlıq Qarabağın və ətraf rayonların Ermənistan tərəfindən işğalının bütünlükdə region üçün təhlükə törətdiyini Şeyx Səud Əl Qasiminin diqqətinə çatdırıb. Diplomat, həmçinin münaqişənin həllinə dair son durum barədə müfəssəl məlumat verərək Ermənistan rəhbərliyinin qeyri-konstruktiv mövqeyinin problemin həllində yeganə maneə olduğunu bildirib. D.Şikarov BƏƏ-nin Azərbaycanın haqq işinə davamlı dəstəyinin xalqımız tərəfindən yüksək qiymətləndirildiyini xatırladıb, Birləşmiş Ərəb Əmirliklərinin rəhbərliyinə və xalqına dərin təşəkkürünü bildirib.

Türkiyənin, Pakistanın, Səudiyyə Ərəbistanının işğalçı Ermənistan ilə diplomatik əlaqələr qurmadığını xatırladan səfir işğal zamanı Ermənistan silahlı qüvvələri, habelə hazırda bu ölkədə yüksək postlar tutan o vaxtkı səhra komandirləri tərəfindən törədilən qətliamlar, xüsusən Xocalı soyqırımı barədə ətraflı məlumat verib, erməni cəlladlarının əsasən də qadın, uşaq və qocalardan ibarət günahsız insanlara divan tutduqlarını diqqətə çatdırıb. Səfir, həmçinin Xocalı soyqırımının dünya səviyyəsində tanıdılması məqsədilə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başladılan “Xocalıya Ədalət” beynəlxalq təbliğat-təşviqat kampaniyasından geniş bəhs edib.

Münaqişənin həlli ilə bağlı Azərbaycanın mövqeyi barədə Şeyx Səud Əl Qasiminin sualına cavab olaraq səfir D.Şikarov ölkəmizin humanizm nümayiş etdirərək problemin danışıqlar və sülh yolu ilə həllinə tərəfdar olduğunu nəzərə çatdırıb.

Görüşdən sonra səfərin proqramına uyğun olaraq, Ras Əl-Xeymə Azad Ticarət Zonasında yerləşən Əmirliyin turizm və investisiya qurumlarında hər iki sektor üzrə mövcud imkanlar və perspektivlərə dair müvafiq təqdimatlar təşkil edilib, birgə əməkdaşlığın mümkün yolları ətrafında fikir mübadiləsi aparılıb.

Səfərlə bağlı məlumatlar “Al Khaleej”, “Al Bayan”, “Al Wast” rəsmi qəzetlərində və BƏƏ-nin WAM informasiya agentliyinin internet səhifəsində dərc edilib, “Şərca 24” televiziya kanalında nümayiş olunub.

Asya Hacızadə

AZƏRTAC-ın xüsusi müxbiri

Ras Əl-Xeymə

Azərbaycan ilə Ras Əl-Xeymə Əmirliyi arasında əməkdaşlıq üçün yaxşı potensial var VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Dubayda qastronomik festival açılır

Azərbaycan Premyer Liqası: XXXI tura Tovuzda start veriləcək

“Turan Tovuz” klubunun rəsmisi: Avropanı Tovuz şəhərinə gətirmək istəyirik

Azərbaycanın voleybol çempionatlarında final və üçüncülük oyunlarının tarixləri bəlli olub

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə test imtahanına qeydiyyat davam edir

Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanılıb

Dünya birjalarında neft bahalaşıb

Bu gün tanınmış şair Tofiq Bayramın anım günüdür

“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır

DİN: Ötən gün 5 tüfəng təhvil götürülüb

Yaşıl dünya naminə həmrəy Azərbaycan

® “AlatBay” Logistik Mərkəzi “Edge Advanced Green” sertifikatına layiq görülüb

Azərbaycan neftinin qiyməti 88 dollara enib

Polis 6 kiloqramdan çox narkotik vasitə aşkar edib

Xankəndidə silah-sursat aşkarlanıb

Axtarışda olan 80 nəfər saxlanılıb

Göyçayda vətəndaşlardan avtomat və tüfənglər götürülüb

Salyanda minik avtomobilləri toqquşub, yaralılar var

Qəbiristanlıqdan oğurluq edən keçmiş məhkumlar saxlanılıb

Azərbaycanla KAICIID-in gələcək əməkdaşlıq imkanları müzakirə olunub

Zərdabda sənədsiz silahlar aşkar edilib

Avropanın ən təhsilli xalqları Şimal zonasında yaşayır

Qubada yerin təkindən qanunsuz istifadə ilə bağlı tədbir keçirilib

ABŞ İsrailin İrana hücumu barədə məlumatlandırılıb

Qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub

Kürdə batan atanın meyiti tapılıb, 6 yaşlı qızı hələ də axtarılır VİDEO

Mali frankdan imtina etmək istəyir

Dubay aeroportu fəaliyyətini qismən bərpa edib

Fransanın daxili işlər naziri zorakılığa məruz qalıb

Pakistandan Əfqanıstana deportasiya edilmiş təxminən 250 min uşağın yardıma ehtiyacı var

Xınalıq – dağlar qoynunda bənzərsiz irs muzeyi

Yaşar Gülər: Tam müstəqil müdafiə sənayesi - günün tələbidir

Valideynlərini qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb

Parisdə islamofobiya əleyhinə yürüşə icazə verilməyib

Avropa Liqasında bütün yarımfinalçılar müəyyənləşib

Konfrans Liqası: "Fənərbağça" yarımfinala vəsiqə qazana bilməyib

Konfrans Liqası: Yarımfinala vəsiqə qazanan üçüncü komanda bəlli olub

Avropa Liqası: Yarımfinala vəsiqə qazanan üç komanda bəlli olub

Səadət Kərimi: Hədəfim peşəkar tərcüməçi olmaq, Azərbaycan irsini tanıtmaqdır

AZAL Bakıdan Kəraçiyə ilk reysini həyata keçirib

Fərid Qayıbov ABŞ-da BMT-nin Gənclər Forumunda çıxış edib

Konfrans Liqası: "Aston Villa" penaltilər seriyasında "Lill"i məğlub edərək yarımfinala yüksəlib

Konfrans Liqası: "Fiorentina" yarımfinala vəsiqə qazanıb

Azərbaycan səfiri Prezident İlham Əliyevin məktubunu İsveç Baş Nazirinin Ofisinə təqdim edib

IRENA Assambleyasının 14-cü sessiyası işini panel sessiyaları ilə davam etdirir

Kopenhagendə yanan tarixi birjanın fasadı uçub

ABŞ səfiri Ağdamın işğaldan azad edilmiş ərazisində səfərdə olub

Avropa Şurası Nazirlər Komitəsinin sədri: Azərbaycan nümayəndə heyəti tezliklə Parlament Assambleyasında öz layiqli yerinə qayıdacaq

Avropa İttifaqı İrana qarşı yeni sanksiyalar tətbiq edib

Türkiyədə baş verən zəlzələ nəticəsində bir neçə tikiliyə ciddi zərər dəyib

Rəsmi Parisin ölkəmizdəki səfirini geriyə çağırmasının əsas səbəbləri - ŞƏRH

“Tarixi abidələr uşaqların gözü ilə” – rəsm sərgisi

"Abşeron" "qızıl set"də "Murov Az Terminal"a qalib gələrək finala yüksəlib

Potsdam Universiteti: İqlim dəyişikliyi qlobal iqtisadiyyatı təhdid edir

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Albaniyada ali səviyyəli toplantısı keçiriləcək

Naxçıvan Muxtar Respublikasının 100 illiyinə həsr olunmuş rəsm sərgisi açılıb

Türkiyədə zəlzələ olub

“Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunda abidələr və tarixi yerlər günü qeyd olunub - FOTO

Yeni Kaledoniya Konqresinin nümayəndə heyətinin ölkəmizə səfərinin yekunlarına dair mətbuat konfransı təşkil olunub

Milli Məclisdə "Yeni Kaledoniya: Tarix, müasir çağırışlar və gözlənilən gələcək" mövzusunda elmi konfrans keçirilib  YENİLƏNİB

Azərbaycan Vəkillər Kollegiyasının sədri Tbilisidə keçirilən konfransda COP29-un beynəlxalq əhəmiyyətindən danışıb

İndoneziya hökuməti vulkan püskürməsindən sonra sunami ehtimalı barədə xəbərdarlıq edib

Politoloq: Fransa səfirinin geri çağırılması bu ölkədə diplomatiya səviyyəsinin aşağı düşməsinin əlamətidir – ŞƏRH

Yaxın Şərqin ən qədim mədəniyyət ocaqlarından biri – Naxçıvan

Böyük Britaniya və ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib

Qazaxıstanda sel səbəbindən 634 neft quyusunun istismarı dayandırılıb

SOCAR və “ACWA Power” şirkətləri “Aşağı karbonlu/ Yaşıl Gübrə” layihəsi çərçivəsində əməkdaşlıq edəcəklər

Gürcüstanda torpaq sürüşməsi baş verib

Milli Məclisin Aqrar siyasət komitəsində ictimai dinləmə keçirilib

MDB PA-nın iclasında model qanun yaradıcılığının perspektiv planına təkliflər nəzərdən keçirilib

Avropa şirkəti “Şimal axını” boru kəmərinin partlamasına görə kompensasiya ödəməkdən imtina edib

Avstriyalı sərmayədarlar Azərbaycanda fəal işbirliyinə dəvət olunublar

® “Azercell” ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak edir

AzTU tələbələri Azərbaycanı Portuqaliyada təmsil ediblər

İranlı narkotacirin Azərbaycandakı narkokuryerində 12 kiloqram marixuana aşkarlanıb

Aprel döyüşlərinin son şəhidi polkovnik-leytenant Sənan Axundovun xatirəsi anılıb

ADPU-da türk professorun məruzəsi dinlənilib

COP29 çərçivəsində AQEM-lə tərəfdaşlıq imkanları müzakirə edilib

Naxçıvanda akademik Rəhim Rəhimovun 100 illik yubileyi qeyd edilib

Hacıqabulda qatarın vurduğu qadın ölüb YENİLƏNİB VİDEO

Respublika Pediatriya Mərkəzi yaradılıb

Polşa şirkətlərinə Azərbaycanın investisiya potensialı təqdim olunub

MEK-in fondunda 3 minə yaxın şəhidin məlumatı sənədləşdirilib

Qərb bölgəsində Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunub VİDEO

Əqli Mülkiyyət Agentliyi: Tələbələrə iddia sənədlərinin tərtib edilməsində kömək göstərilib

“Rəqəmsallaşma və biznesin idarə edilməsində süni intellekt inqilabı” - UNEC-də beynəlxalq konfrans keçirilir

Yeni kaledoniyalı parlamentari: COP29-un dünyada iqlim dəyişiklikləri istiqamətində mövcud problemlərin həllinə töhfə verəcəyinə inanıram VİDEO

“Şəxsi arxivlərin kataloqlaşdırılması və təsvir prinsipləri” - mühazirə

“Məktəblinin dostu” layihəsinin fəaliyyətinə dair elmi araşdırmanın təqdimatı keçirilib

“Ədibin Evi”ndə “Nizami Gəncəvinin söz kainatı” mövzusu müzakirə olunub

Kaledoniyalı tarixçi: Fransanın assimilyasiya siyasəti aparmasına imkan verməyəcəyik

Tarixi abidələrimiz keçmişimizdən gələcəyə bir körpüdür

Tanışını qəsdən öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Rəşad Nəbiyev Ağdaşda şəhid ailəsini ziyarət edib

Paytaxtda saxlanılan narkokuryerdə 5 kiloqram marixuana aşkarlanıb

Kaledoniyalı senator: İnanırıq ki, Azərbaycanla imzaladığımız memorandum sayəsində Fransa öz siyasətindən çəkinəcək VİDEO

Kənd təsərrüfatı naziri: Türkiyə ilə aqrar sahədə əməkdaşlıq Qarabağ və Şərqi Zəngəzur üçün də vacibdir

Omayra Naiselin: Müstəqillik uğrunda müxtəlif istiqamətlərdə mübarizə aparırıq VİDEO

Aqrar sahədə Türkiyə və Azərbaycan əməkdaşlığının perspektiv istiqamətləri müəyyən edilib

Kişi voleybolçuların Yüksək Liqasında ikinci finalçı bəlli olub