İQTİSADİYYAT


Azərbaycan ilə Rumıniya “yaşıl enerji” sahəsində əməkdaşlıq etmək istəyir

Bakı, 26 noyabr, AZƏRTAC

Energetika naziri Pərviz Şahbazovla Rumıniyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Vasile Soare arasında görüş keçirilib.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, energetika naziri səfiri yeni təyinatı münasibətilə təbrik edərək fəaliyyətində uğurlar arzulayıb. Görüşdə Azərbaycan və Rumıniya arasında strateji tərəfdaşlıq əlaqələrinə, o cümlədən energetika sahəsində mövcud əməkdaşlıq münasibətlərinə toxunulub. Bu əməkdaşlığın inkişafı istiqamətində Cənub Qaz Dəhlizi layihəsinin əhəmiyyəti vurğulanıb. Azərbaycan qazının Avropaya nəqlindən, həmçinin gələcəkdə Cənub Qaz Dəhlizinin genişləndirilməsi istiqamətində Bolqarıstan-Rumıniya interkonnektoru və BRUA layihəsinin potensial imkanlarından bəhs edilib. Rumıniyanın Cənub Qaz Dəhlizi Məşvərət Şurasının iclaslarında iştirakı, layihəyə və onun gələcəkdə genişləndirilməsinə dəstəyi yüksək qiymətləndirilib.

Görüş zamanı Rumıniya ilə xam neft, neft məhsulları və neft-kimya məhsullarının ticarəti üzrə sıx əməkdaşlıqdan danışılıb. Bərpa olunan enerji mənbələrinə keçidin əhəmiyyəti, bu istiqamətdə ölkəmizdə aparılan islahatlar, xüsusilə ölkəmizin dənizdə külək enerjisi potensialı, bu resurs hesabına gələcəkdə elektrik enerjisi və “yaşıl hidrogen” istehsalı planları haqqında məlumat verilib. İki ölkə arasında mövcud əməkdaşlığın “yaşıl enerji” sahəsində genişləndirilməsi perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.