MƏDƏNİYYƏT


Azərbaycan ilə Rusiya arasında mədəniyyət sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib

Bakı, 22 sentyabr, AZƏRTAC

Azərbaycan Respublikasının mədəniyyət naziri Əbülfəs Qarayev Rusiya Federasiyasına rəsmi səfəri çərçivəsində sentyabrın 22-də Moskva Hökumətinin naziri, Moskva Şəhər Mədəniyyət Departamentinin başçısı Aleksandr Kibovski ilə görüşüb.

Mədəniyyət Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, görüş çərçivəsində Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında mədəniyyət sahəsində ikiillik tədbirlər planının hazırlanması və bir sıra digər məsələlər müzakirə edilib.

Müzakirələr zamanı təhsil müəssisələri arasında kadrlar mübadiləsinin həyata keçirilməsi, rejissorların müştərək qastrol səfərlərinin təşkili, o cümlədən kitabxana sahəsində Moskvada tətbiq olunan ən son texnologiyaların Bakıda da tətbiqi imkanlarına baxılması, beynəlxalq festivallarda müştərək iştirak, Azərbaycan bəstəkarlarının əsərlərinin Moskva teatr repertuarlarına əlavə edilməsi, müştərək tamaşaların qoyulmasının və Moskvanın hər hansı bir teatrında bir həftəlik “virtual pəncərənin” təşkil olunması, qarşılıqlı sərgilərin keçirilməsi, arxeologiya sahəsində birgə fəaliyyətin genişləndirilməsi məsələləri barədə fikir mübadiləsi aparılıb.

Görüşdə Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu iştirak edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.