İQTİSADİYYAT


Azərbaycan ilə Rusiyanın Sverdlovsk vilayəti arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığın genişləndirilməsi müzakirə edilib

Bakı, 13 sentyabr, AZƏRTAC

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı nazirinin müavini İlham Quliyev Rusiya Federasiyasının Sverdlovsk vilayətinin Aqrar Sənaye Kompleksi və Ərzaq naziri Dmitri Deqtyarov ilə görüşüb.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında iqtisadiyyatın bütün sahələrində olduğu kimi, kənd təsərrüfatı sahəsində də əməkdaşlığın yüksək səviyyədə olduğu və iki ölkə arasında ticarət dövriyyəsinin həcmində davamlı artımın müşahidə olunduğu bildirilib və şərab ticarət evinin fəaliyyət göstərdiyi vurğulanıb.

Rusiyanın bir çox vilayətlərinin, o cümlədən Sverdlovsk vilayətinin Azərbaycan üçün vacib tərəfdaş olduğu diqqətə çatdırılıb və ölkəmizdə qeyri-neft sektorunun inkişafında kənd təsərrüfatının rolu, kənd təsərrüfatı sahəsində həyata keçirilən islahatlar, qazanılan nailiyyətlər, fermerlərə göstərilən dövlət dəstəyi, respublikamızda mövcud olan əlverişli investisiya mühiti, biznes üçün yaradılmış liberal bazar iqtisadiyyatı, aqrar sahədə kadr potensialının gücləndirilməsi, eləcə də aqrar sahənin inkişafı üçün müəyyən edilmiş strateji hədəflər barədə qonağa ətraflı məlumat verilib.

Görüşdə, həmçinin Azərbaycan Respublikası ilə Sverdlovsk vilayəti arasında kənd təsərrüfatı sahəsində gələcəkdə ikitərəfli əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsi, kənd təsərrüfatı və ərzaq məhsullarının ticarət dövriyyəsinin artırılması, nəqliyyat-logistik məsələləri, bitkiçilik və heyvandarlıq sahəsində mütərəqqi texnologiyalardan istifadə üzrə təcrübə mübadiləsinin aparılması, kənd təsərrüfatı avadanlıqları, aqrar sahədə fəaliyyət göstərən şirkətlərlə əməkdaşlıq, eləcə də aqrar tədqiqatların həyata keçirilməsi və s. məsələlər üzrə geniş fikir mübadiləsi aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.