Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında əməkdaşlığın genişləndirilməsinə dair müzakirələr aparılıb
AzerTAg.az
Bakı, 26 noyabr, AZƏRTAC
Noyabrın 26-da Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Səudiyyə Ərəbistanı Krallığının xarici işlər naziri Faysal bin Ferhan Al Saud arasında telefon danışığı olub.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, nazirlər bölgədəki son vəziyyəti müzakirə edib, o cümlədən tam atəşkəs və hərbi əməliyyatların dayandırılması ilə əlaqədar imzalanmış 10 noyabr tarixli üçtərəfli bəyanatın icrası və bu sənəddən irəli gələn bir sıra məsələlərin həyata keçirilməsinin vacibliyini, onun bölgədə sülh və rifahın təmin edilməsi baxımından əhəmiyyətini vurğulayıblar.
Nazirlər, eyni zamanda, ölkələr arasında mövcud olan ikitərəfli əməkdaşlığın inkişafından bəhs ediblər, habelə çoxtərəfli çərçivələrdə əməkdaşlıq imkanlarının genişləndirilməsinə dair müzakirələr aparıblar.
Tərəflər, eyni zamanda, qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

Xəbərin mətnində orfoqrafik səhv var