Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında qarşılıqlı biznes missiyalarının təşkilinə dair fikir mübadiləsi aparılıb
AzerTAg.az
Bakı, 31 yanvar, AZƏRTAC
Azərbaycan-Səudiyyə Ərəbistanı İşçi Qrupunun fəaliyyətinin aktivləşdirilməsi müzakirə edilib.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) AZƏRTAC-a bildirilib ki, qurumun İdarə Heyətinin sədri Orxan Məmmədov Səudiyyə Ərəbistanının İnvestisiya Nazirliyinin Beynəlxalq əlaqələr üzrə nazir müavini Məhəmməd Əl-Hasnah ilə görüşüb.
Onlayn formatda keçirilmiş görüşdə ikitərəfli əməkdaşlığa, o cümlədən Azərbaycan-Səudiyyə Ərəbistanı İşçi Qrupunun fəaliyyətinin aktivləşdirilməsinə, ötən ilin dekabrında KOBİA və Səudiyyə Ərəbistanı Palataları Federasiyası arasında imzalanmış Sazişə əsasən yaradılmış Azərbaycan-Səudiyyə Ərəbistanı Birgə İşgüzar Şurasının fəaliyyətinin təşviqinə, ölkəmizə investisiya qoyuluşu imkanlarına və qarşılıqlı biznes missiyalarının təşkilinə dair fikir mübadiləsi aparılıb.



Xəbərin mətnində orfoqrafik səhv var