CƏMİYYƏT


Azərbaycan ilə Türkiyə arasında hərbi-texniki sahədə əməkdaşlığın perspektivləri müzakirə edilib

Bakı, 17 fevral, AZƏRTAC

Fevralın 17-də Azərbaycan Respublikasının müdafiə sənayesi naziri Mədət Quliyev Türkiyə Respublikası Kosmik Agentliyinin Prezidenti Serdar Yıldırım Hüseynin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Müdafiə Sənayesi Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Azərbaycan və Türkiyə arasında hərbi-texniki sahədə əlaqələrin cari vəziyyəti və gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib.

Mədət Quliyev nümayəndə heyətinin diqqətinə çatdırıb ki, Müdafiə Sənayesi Nazirliyi ulu öndər Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyevin şəxsi təşəbbüsü ilə 2005-ci ildə Silahlı Qüvvələrimizin döyüş hazırlığının daim yüksək səviyyədə saxlanması məqsədilə yaradılıb.

Nazir Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi böyük Zəfərdən söz açıb, qardaş Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu vurğulayıb.

Məqsədi iki ölkənin kosmik tədqiqatları haqqında məlumat mübadiləsi, o cümlədən qarşılıqlı əlaqələrin qurulmasından ibarət olan görüşdə ikitərəfli əməkdaşlığın inkişaf perspektivləri haqqında geniş müzakirələr aparılıb.

Serdar Yıldırım Hüseyn görüşə görə nazir Mədət Quliyevə təşəkkürünü bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.