İQTİSADİYYAT


Azərbaycan ilə Türkiyə arasında nəqliyyat və İKT sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub

Bakı, 18 avqust, AZƏRTAC

Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rövşən Rüstəmov ölkəmizdə səfərdə olan Türkiyə Respublikasının ticarət nazirinin müavini, Gömrük Administrasiyasının rəhbəri Rıza Tuna Turaqayın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görüş zamanı iki ölkə arasında nəqliyyat və İKT sahəsində əməkdaşlıq məsələləri, o cümlədən avtomobil nəqliyyatı ilə beynəlxalq yük daşımaları zamanı alınan rüsum və vergilərin optimallaşdırılması müzakirə olunub.

Nazir müavini Rövşən Rüstəmov Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin “Orta Dəhliz”in mühüm hissəsi olduğunu qeyd edərək bu dəmir yolu xətti vasitəsilə yük daşımalarının həcminin artırılmasının vacibliyini vurğulayıb.

Görüşdə, həmçinin cari ilin mayın 27-də imzalanmış “Türkiyə Respublikası Sənaye və Texnologiya Nazirliyinin dəstəyi ilə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən Bakı şəhərində Texnoloji İnkişaf Zonasının yaradılmasına dair əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun iki ölkə arasında texnoloji inkişaf sahəsində əməkdaşlığa təkan verəcəyi qeyd edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.