CƏMİYYƏT


Azərbaycan ilə Türkiyə gənclər və idman sahəsində əməkdaşlıq edəcək

Bakı, 26 may, AZƏRTAC

Bakıda Azərbaycan-Türkiyə idman və gənclər sahəsində əməkdaşlığa dair İşçi Qrupunun ilk iclası keçirilib.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, iclasda birgə təlim-məşq toplanışlarının təşkili, milli idman növlərinin inkişafı, məşqçi və hakimlərin hazırlığı, könüllülük, idman tibbi, idman təhsili və idman turizmi sahəsində əməkdaşlıq imkanları, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, gənclərlə işləyən mütəxəssislərin mübadilə proqramları, gənclər evləri arasında əməkdaşlıq və mübadilə, birgə gənclər günlərinin, festival, müsabiqə və düşərgələrin keçirilməsi, gənclər və tələbə təşkilatları arasında əməkdaşlığın təşviq edilməsi və digər məsələlər müzakirə edilib.

Müzakirələrin yekunu olaraq birgə fəaliyyət planının hazırlanması və imzalanması nəzərdə tutulur.

Qeyd edək ki, işçi qrupuna Azərbaycandan gənclər və idman nazirinin müavini Fərhad Hacıyev, Türkiyədən gənclər və idman nazirinin müavini Halis Yunus Ersöz həmsədrlik edir.

Türkiyə İşçi Qrupunun Azərbaycana səfəri çərçivəsində idman və gənclər qurğuları ilə tanışlıq da planlaşdırılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.