İQTİSADİYYAT


Azərbaycan ilə Türkiyə sahibkarları arasında B2B görüşü keçirilib

Bakı, 7 noyabr, AZƏRTAC

Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) üzvləri ilə Türkiyənin Müstəqil Sənayeçi və İş adamları Dərnəyinin (MÜSİAD) üzvləri arasında B2B biznes görüşləri təşkil olunub.

ASK-dan AZƏRTAC-a bildirilib ki, tədbiri açan Konfederasiyanın vitse-prezidenti Vüqar Zeynalov bildirib ki, Türkdilli Dövlətlərin Ticarət və Sənaye Palatasının yaradılması iş adamları arasında əməkdaşlıq üçün yeni imkanlar açıb. Oktyabrın 14-də ASK-ın təşkilatçılığı ilə Bakıda keçirilən biznes-forumun çox uğurlu olduğunu vurğulayan V.Zeynalov türkdilli xalqların 150 milyonluq istehlakçı kütləsi formalaşdırdığını söyləyib.

Vitse-prezident İpək Yolu Beynəlxalq Ticarət Palatası da daxil olmaqla ASK-ın on beynəlxalq təşkilatda Azərbaycan sahibkarlarını təmsil etdiyini vurğulayaraq, Türkiyə və Azərbaycan iş adamlarının əməkdaşlıq qurmaları üçün bütün şəraitlərin yaradıldığını qeyd edib.

Türkiyənin Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin İzmir Başkanı Bilal Saygılı 11 min üzvü olan qurumun Türkiyə iqtisadiyyatının 20 faizini təşkil etdiyini söyləyib.

“İnvestisiyamızı bu ölkəyə qoymaq, pullarımızın qardaş ölkədə qalmasını istərdik”,- deyə B.Saygılı bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.