CƏMİYYƏT


Azərbaycan ilə Türkiyənin iri şirkətləri Ukraynada infrastruktur layihələrində yaxından iştirak edir

Kiyev, 15 may, AZƏRTAC

Azərbaycan ilə Türkiyənin iri şirkətləri Ukraynada yol, tikinti və digər infrastruktur layihələrinin həyata keçirilməsində yaxından iştirak edirlər. AZƏRTAC xəbər verir ki, bu fikri Azərbaycan-Ukrayna İş Adamları və Sənayeçiləri Birliyi tərəfindən təşkil olunan iftar süfrəsində çıxışı zamanı birliyin sədri Əli Əliyev söyləyib. O, Ukraynada çalışan azərbaycanlı iş adamlarının həmişə Azərbaycan dövlətinin dəstəyini hiss etdiyini bildirib.

Türkiyənin Ukraynadakı səfiri Yağmur Əhməd Güldərə çıxış edərək iki ölkənin dostuq və qardaşlıq münasibətlərini vurğulayıb. Qeyd edib ki, həm ikitərəfli formatda, həm də regional müstəvidə Türkiyə-Azərbaycan qardaşlığı və birgə fəaliyyəti çox önəmli amilə çevrilib.

Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev isə çıxışında birgə regional layihələrin əhəmiyyətindən danışıb. Bildirib ki, Azərbaycan və Türkiyənin regional layihələri Avropanın enerji təhlükəsizliyinə ciddi töhfə verir. Azərbaycan və Türkiyənin ikitərəfli iqtisadi əməkdaşlığa və sərmayə qoyuluşuna verdikləri böyük önəm də ölkələrimizin inkişafını şərtləndirən amillərdəndir. Azərbaycanla Türkiyə arasında ticarət dövriyyəsi 5 milyard dollardan çoxdur.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.