SİYASƏT
Azərbaycan ilə Türkmənistan arasında enerji-yanacaq sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib
Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov Rövnəq Abdullayevi qəbul edib. Nümayəndə heyətinin rəhbəri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkmənistan liderinə və xalqına səmimi salamlarını və xoş arzularını çatdırıb. Onun da səmimi salamlarını və xoş arzularını Prezident İlham Əliyevə çatdırmağı xahiş edən Türkmənistan dövlətinin başçısı ölkələrimiz və xalqlarımız arasında çoxəsrlik dostluq və mehriban qonşuluq münasibətlərinin əhəmiyyətini vurğulayıb, əlaqələrimizin inkişaf etdirilməsi üçün yaxşı potensialın olduğunu bildirib.
Səmimi keçən görüşdə iki ölkə arasında enerji-yanacaq sahəsində əməkdaşlığın genişləndirilməsi mövzusu ətrafında konstruktiv fikir mübadilələri aparılıb, əlaqələrin gələcəkdə daha da genişləndirilməsi yolları müzakirə edilib.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Aşqabad