SİYASƏT


Azərbaycan ilə Ukrayna arasında əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub

Kiyev, 23 aprel, AZƏRTAC

Aprelin 23-də Kiyevdə GUAM-ın Milli Əlaqələndiricilər Şurasının növbəti iclası çərçivəsində Ukrayna və Azərbaycan xarici işlər nazirlərinin müavinləri Vasiliy Bodnar və Mahmud Məmmədquliyev arasında görüş keçirilib.

AZƏRTAC xəbər verir ki, görüşdə Ukrayna ilə Azərbaycan arasında strateji əməkdaşlığın perspektivləri müzakirə olunub. Bildirilib ki, hər iki ölkə arasında nəqliyyat, enerji sahəsində işlər daha da intensivləşdirilməlidir.

Görüşdə, həmçinin beynəlxalq təşkilatlarda birgə fəaliyyətin əhəmiyyəti vurğulanıb.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.