SİYASƏT


Azərbaycan ilə Ukrayna arasında strateji tərəfdaşlıq əlaqələri inkişaf etməkdədir

Kiyev, 18 sentyabr, AZƏRTAC

Azərbaycan və Ukrayna arasında strateji tərəfdaşlıq münasibətləri mövcuddur və bu əlaqələr getdikcə inkişaf edir.

AZƏRTAC xəbər verir ki, bunu Kiyev Beynəlxalq Münasibətlər İnstitutunda məzunların buraxılışı ilə bağlı keçirilən tədbirdə Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev deyib.

Ulu öndər Heydər Əliyevin ikitərəflı strateji münasibətlərin möhkəm əsaslar üzərində qurulmasındakı tarixi xidmətlərindən danışan səfir Azərbaycan Prezidenti İlham Əliyevin qarşılıqlı əlaqələrin daha da inkişaf etdirilməsinə xüsusi diqqət ayırdığını qeyd edib. A.Xudiyev bildirib ki, beynəlxalq təşkilatlarda strateji müttəfiqlər kimi taninan hər iki dövlətin eyni mövqedən çıxış edərək bir–birinə dəstək vermələri müstəqillik tariximizin uğurudur.

Diplomat hazırda Azərbaycanın tanınmış ictimai-siyasi xadimləri arasında vaxtilə Kiyev Beynəlxalq Münasibətlər İnstitutunda təhsil alanların olduğunu vurğulayaraq deyib: “Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov, maliyyə naziri Samir Şərifov, xarici işlər nazirinin müavini Nadir Hüseynov və digərləri bu institutda təhsil alıblar”.

Tədbirdə Kiyev Beynəlxalq Münasibətlər İnstitutunun direktoru Valeriy Kopeyka Azərbaycan və Ukrayna arasında əməkdaşlığın inkişafındakı xidmətlərinə görə səfir A.Xudiyevi diplomla mükafatlandırıb.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.