ELM VƏ TƏHSİL


Azərbaycan ilə Ukrayna milli uşaq kitabxanaları arasında telegörüş keçirilib

Bakı, 13 mart, AZƏRTAC 

Martın 13-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasının təşkilatçılığı ilə F.Köçərli adına Respublika Uşaq Kitabxanası və Ukrayna Milli Uşaq Kitabxanası arasında “Sərhəd bilməyən incəsənət” layihəsi çərçivəsində “Milli çalğı alətləri” mövzusunda telegörüş keçirilib.

MEK-dən AZƏRTAC-a bildiriblər ki, görüşdə Georgi Şaroyev adına 35 nömrəli uşaq musiqi məktəbinin tələbələri, 7 nömrəli uşaq musiqi məktəbinin, Azərbaycan Avropa liseyinin şagirdləri və Ukraynanın beşinci sinifdə oxuyan məktəbliləri iştirak ediblər.

Görüş zamanı Novruz adət-ənənələri, milli musiqi, muğam, milli alətlər və uşaqları maraqlandıran digər mövzularda məlumat verilib, müzakirələr aparılıb, sual-cavab formatında oyunlar keçirilib.

Tədbirdə MEK-in direktoru Leyla İmanova və F.Köçərli adına Respublika Uşaq Kitabxanasının direktoru Şəhla Qəmbərova milli köklərin və ənənələrin yaşadılmasından, kitabxanaların milli sərvətin qorunmasında və təbliğində rolundan, xalqın birliyinin milli ənənələrdən qaynaqlanmasından danışıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.