İDMAN


Azərbaycan ilk dəfə kanoe-slalom növündə “Rio-2016” Yay Olimpiya Oyunlarına lisenziya qazanıb

Bakı, 21 sentyabr, AZƏRTAC

Böyük Britaniyanın paytaxtı Londonda 2016-cı ildə Rio-de-Janeyro şəhərində keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziya xarakterli kanoe-slalom üzrə dünya çempionatı keçirilib. Nüfuzlu reqatada Azərbaycanı Yure Meqliç təmsil edib.

AZƏRTAC xəbər verir ki, 31 yaşlı idmançı kişilər arasında 1 nəfərlik kayak qayığı ilə mübarizə aparıb. O, seçmə mərhələdə 83,73 xalla 11-ci yeri tutaraq yarımfinala yüksəlib.

Növbəti mərhələdə Y.Meqliç 95,20 xalla 14-cü olub. Bu nəticə ilə Azərbaycan təmsilçisi final mərhələsindən kənarda qalıb. Lakin Y.Meqliç 15 ən güclü kanoe-slalomçu sırasına düşdüyündən, reqlamentə əsasən, Olimpiadaya lisenziya qazanıb.

Beləliklə, ölkəmiz 2016-cı ildə Rio-de-Janeyro şəhərində keçiriləcək Yay Olimpiya Oyunlarında daha bir yeni növ üzrə iştirak hüququna yiyələnib. Azərbaycan Milli Avarçəkmə Federasiyası isə təmsil olunduğu dörd olimpiya növünün hamısında Olimpiadaya vəsiqə qazanıb.

Daha əvvəl akademik avarçəkənlər Aleksandr Aleksandrov və Boris Yotovdan ibarət duet iki nəfərlik qayıqla 2000 metr, kayakçı İnna Osipenko-Rodomska qadınlar arasında bir nəfərlik qayıqla 200 metr və 500 metr, kanoeçi Valentin Demyanenko bir nəfərlik qayıqla 200 metr məsafəyə yürüşdə lisenziyaya sahib çıxıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.