Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Azərbaycan ilk dəfə olaraq Beynəlxalq Əmək Təşkilatının Rəhbər Orqanına üzv seçilib

Azərbaycan ilk dəfə olaraq Beynəlxalq Əmək Təşkilatının Rəhbər Orqanına üzv seçilib

Bakı, 13 iyun, AZƏRTAC

Beynəlxalq birliyin ölkəmizə yüksək inam və etimadının növbəti təzahürü kimi, Azərbaycan Respublikası dünyanın mötəbər qurumlarından biri olan Beynəlxalq Əmək Təşkilatının (BƏT) Rəhbər Orqanına (İLO Governing Body) üzv seçilib. Bununla da ölkəmiz BƏT-ə üzv olduğu 25 illik dövrdə ilk dəfə olaraq bu Təşkilatın Rəhbər Orqanında təmsil olunmaq hüququ qazanıb.

BƏT-in üzv dövlətlərinin hökumət nümayəndələri və sosial tərəfdaşlarının iştirakı ilə Beynəlxalq Əmək Konfransının Cenevrədə (İsveçrə) keçirilən 106-cı sessiyasının gündəliyində duran məsələlərdən biri də BƏT-in Rəhbər Orqanına 2017-2020-ci illər üçün seçkilərin keçirilməsi olub. Sessiyada iştirak edən Azərbaycan nümayəndə heyətinin rəhbəri, Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun sessiya çərçivəsində keçirdiyi görüşlər zamanı ölkəmizin namizədliyinin dəstəklənməsi ilə əlaqədar ətraflı məsləhətləşmələr aparılıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan nümayəndə heyəti ölkəmizin BƏT-in Rəhbər Orqanında təmsil olunmasına verilən yekdil dəstəyə görə minnətdarlıqlarını ifadə edib. Bu dəstəyin Azərbaycanın BƏT-lə ötən dövrdə uğurlu əməkdaşlıq təcrübəsinə, əmək, məşğulluq, sosial hüquqların təminatı, sosial dialoqun inkişafı və s. sahələrdə mütərəqqi beynəlxalq təşəbbüslərdə fəal iştirakına verilən yüksək dəyərin və ədalətli yanaşmanın ifadəsi olduğu vurğulanıb.

BMT sistemində hökumət nümayəndələri, işəgötürənlər və işçiləri bir araya gətirən yeganə üçtərəfli qurum olan BƏT layiqli əmək prinsipi əsasında beynəlxalq əmək standartlarının hazırlanması, təbliği və tətbiqi sahəsində geniş fəaliyyət spektrinə malik nüfuzlu beynəlxalq təşkilatdır. BƏT-in fəaliyyəti onun hökumət, işəgötürən və işçilərin nümayəndələrindən ibarət olan üç əsas orqanı - Beynəlxalq Əmək Konfransı, Rəhbər Orqan və Katiblik vasitəsilə həyata keçirilir. Təşkilatın Rəhbər Orqanı hər üç ildən bir seçilir və müvafiq istiqamətlər üzrə mühüm qərarların qəbulu, o cümlədən təşkilatın Baş Direktorunun təyin edilməsi, Beynəlxalq Əmək Konfransının gündəliyinin müəyyən edilməsi, ümumi məsələlərin tənzimlənməsi və s. vacib sahələrdə fəaliyyət göstərir.

1992-ci ildə BƏT-in üzvü olan, ötən dövrdə Təşkilatın əmək və məşğulluq sahəsində əsas hüquqları əhatə edən 57 Konvensiyasına qoşulan Azərbaycan MDB məkanında BƏT-in nümayəndəliyinin açıldığı ilk ölkələrdən biridir. Azərbaycan müvafiq sahə üzrə milli qanunvericiliyini həmin Konvensiyalar əsasında mütərəqqi dünya standartlarına uyğun təkmilləşdirib. Bu sənədlərdən irəli gələn məsələlərin həlli sahəsində görülən işlərə dair mütəmadi olaraq BƏT-ə hesabatlar təqdim olunur. Ötən dövrdə Təşkilatla daim genişlənən əməkdaşlıq, birgə layihələrin icrasında əldə olunan müsbət təcrübə 2016-cı ili sentyabrın 30-da Azərbaycan hökuməti ilə BƏT arasında növbəti “2016-2020-ci illər üçün Layiqli Əmək üzrə Ölkə Proqramı”nın qəbul olunmasına imkan yaradıb. Proqramın icrası sahəsində mühüm addımlar atılmaqla bərabər, BƏT prinsiplərinə uyğun olaraq ölkəmizdə Sosial və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiya da yaradılıb.

BƏT-lə geniş əməkdaşlıq gündəliyi əmək və məşğulluq sahəsində qanunvericiliyin, habelə institusional və kadr potensialının təkmilləşdirilməsi, gənclər üçün aktiv məşğulluq tədbirləri, özünüməşğulluq proqramı üzrə təlimçilərin hazırlanması və s. istiqamətləri əhatə edir. Onu da bildirək ki, gənclərin məşğulluğunun dəstəklənməsi sahəsində ölkəmizdə aparılan siyasətə BƏT səviyyəsində yüksək dəyər verilməsinin ifadəsi olaraq, son illərdə BƏT-in rəsmi saytında gənclərin məşğulluğu üzrə hüquqi bazası, praktik iş təcrübəsi təqdim olunan ölkələr sırasına Azərbaycan da daxil edilib.

Eyni zamanda, ölkəmizdə sosial-iqtisadi sahədə əldə olunan uğurlar, əmək və sosial müdafiə sistemlərinin təkmilləşdirilməsi üçün aparılan islahatlar, bu sahələr üzrə avtomatlaşdırılmış sistemlər (sığorta-pensiya sistemi, əmək müqaviləsi bildirişlərinin elektron qeydiyyat sistemi, ünvanlı sosial yardım üzrə Vahid Elektron Müraciət və Təyinat Alt Sistemi, Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Alt Sistemi) BƏT tərəfindən yüksək dəyərləndirilib. BƏT-in 2016-cı ilin dekabrında Moskvada keçirilmiş iclasında isə özünüməşğulluq tədbirlərinin həyata keçirilməsi və Üçtərəfli komissiyanın yaradılması sahəsində Azərbaycanın təcrübəsi Avropa ölkələri arasında nümunə kimi göstərilib, digər ölkələrə bu təcrübədən faydalanmaq tövsiyə olunub. Təkcə son iki ildə Azərbaycanda BƏT-in 14 müxtəlif mövzulu konfrans, seminar, təlim və digər beynəlxalq tədbiri, həmçinin cari ildə BƏT-in “Əməyin gələcəyi” təşəbbüsü üzrə milli dialoq, Təşkilatın 2016-2017-ci illər üçün Qlobal Əmək Haqqı hesabatının təqdimatı tədbiri və s. keçirilib.

Azərbaycanın BƏT-in Rəhbər Orqanında təmsil olunması ölkəmizə bu mötəbər qurumla praktik fəaliyyət sahələrini əhatə edən əməkdaşlıq müstəvisini daha da genişləndirməklə bərabər, bu Təşkilatın fəaliyyətində, onun siyasi qərarlarının verilməsində və əmək sahəsi üzrə beynəlxalq səviyyədə mütərəqqi təşəbbüslərin təbliği və yayılmasında yaxından iştirak imkanı yaradır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Mali frankdan imtina etmək istəyir

Dubay aeroportu fəaliyyətini qismən bərpa edib

Fransanın daxili işlər naziri zorakılığa məruz qalıb

Pakistandan Əfqanıstana deportasiya edilmiş təxminən 250 min uşağın yardıma ehtiyacı var

Xınalıq – dağlar qoynunda bənzərsiz irs muzeyi

Yaşar Gülər: Tam müstəqil müdafiə sənayesi - günün tələbidir

Valideynlərini qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb

Parisdə islamofobiya əleyhinə yürüşə icazə verilməyib

Avropa Liqasında bütün yarımfinalçılar müəyyənləşib

Konfrans Liqası: "Fənərbağça" yarımfinala vəsiqə qazana bilməyib

Konfrans Liqası: Yarımfinala vəsiqə qazanan üçüncü komanda bəlli olub

Avropa Liqası: Yarımfinala vəsiqə qazanan üç komanda bəlli olub

Səadət Kərimi: Hədəfim peşəkar tərcüməçi olmaq, Azərbaycan irsini tanıtmaqdır

AZAL Bakıdan Kəraçiyə ilk reysini həyata keçirib

Fərid Qayıbov ABŞ-də BMT-nin Gənclər Forumunda çıxış edib

Konfrans Liqası: "Aston Villa" penaltilər seriyasında "Lill"i məğlub edərək yarımfinala yüksəlib

Konfrans Liqası: "Fiorentina" yarımfinala vəsiqə qazanıb

Azərbaycan səfiri Prezident İlham Əliyevin məktubunu İsveç Baş Nazirinin Ofisinə təqdim edib

IRENA Assambleyasının 14-cü sessiyası işini panel sessiyaları ilə davam etdirir

Kopenhagendə yanan tarixi birjanın fasadı uçub

ABŞ səfiri Ağdamın işğaldan azad edilmiş ərazisində səfərdə olub

Avropa Şurası Nazirlər Komitəsinin sədri: Azərbaycan nümayəndə heyəti tezliklə Parlament Assambleyasında öz layiqli yerinə qayıdacaq

Avropa İttifaqı İrana qarşı yeni sanksiyalar tətbiq edib

Türkiyədə baş verən zəlzələ nəticəsində bir neçə tikiliyə ciddi zərər dəyib

Rəsmi Parisin ölkəmizdəki səfirini geriyə çağırmasının əsas səbəbləri - ŞƏRH

“Tarixi abidələr uşaqların gözü ilə” – rəsm sərgisi

"Abşeron" "qızıl set"də "Murov Az Terminal"a qalib gələrək finala yüksəlib

Potsdam Universiteti: İqlim dəyişikliyi qlobal iqtisadiyyatı təhdid edir

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Albaniyada ali səviyyəli toplantısı keçiriləcək

Naxçıvan Muxtar Respublikasının 100 illiyinə həsr olunmuş rəsm sərgisi açılıb

Türkiyədə zəlzələ olub

“Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunda abidələr və tarixi yerlər günü qeyd olunub - FOTO

Yeni Kaledoniya Konqresinin nümayəndə heyətinin ölkəmizə səfərinin yekunlarına dair mətbuat konfransı təşkil olunub

Milli Məclisdə "Yeni Kaledoniya: Tarix, müasir çağırışlar və gözlənilən gələcək" mövzusunda elmi konfrans keçirilib  YENİLƏNİB

Azərbaycan Vəkillər Kollegiyasının sədri Tbilisidə keçirilən konfransda COP29-un beynəlxalq əhəmiyyətindən danışıb

İndoneziya hökuməti vulkan püskürməsindən sonra sunami ehtimalı barədə xəbərdarlıq edib

Politoloq: Fransa səfirinin geri çağırılması bu ölkədə diplomatiya səviyyəsinin aşağı düşməsinin əlamətidir – ŞƏRH

Yaxın Şərqin ən qədim mədəniyyət ocaqlarından biri – Naxçıvan

Böyük Britaniya və ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib

Qazaxıstanda sel səbəbindən 634 neft quyusunun istismarı dayandırılıb

SOCAR və “ACWA Power” şirkətləri “Aşağı karbonlu/ Yaşıl Gübrə” layihəsi çərçivəsində əməkdaşlıq edəcəklər

Gürcüstanda torpaq sürüşməsi baş verib

Milli Məclisin Aqrar siyasət komitəsində ictimai dinləmə keçirilib

MDB PA-nın iclasında model qanun yaradıcılığının perspektiv planına təkliflər nəzərdən keçirilib

Avropa şirkəti “Şimal axını” boru kəmərinin partlamasına görə kompensasiya ödəməkdən imtina edib

Avstriyalı sərmayədarlar Azərbaycanda fəal işbirliyinə dəvət olunublar

® “Azercell” ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak edir

AzTU tələbələri Azərbaycanı Portuqaliyada təmsil ediblər

İranlı narkotacirin Azərbaycandakı narkokuryerində 12 kiloqram marixuana aşkarlanıb

Aprel döyüşlərinin son şəhidi polkovnik-leytenant Sənan Axundovun xatirəsi anılıb

ADPU-da türk professorun məruzəsi dinlənilib

COP29 çərçivəsində AQEM-lə tərəfdaşlıq imkanları müzakirə edilib

Naxçıvanda akademik Rəhim Rəhimovun 100 illik yubileyi qeyd edilib

Hacıqabulda qatarın vurduğu qadın ölüb YENİLƏNİB VİDEO

Respublika Pediatriya Mərkəzi yaradılıb

Polşa şirkətlərinə Azərbaycanın investisiya potensialı təqdim olunub

MEK-in fondunda 3 minə yaxın şəhidin məlumatı sənədləşdirilib

Qərb bölgəsində Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunub VİDEO

Əqli Mülkiyyət Agentliyi: Tələbələrə iddia sənədlərinin tərtib edilməsində kömək göstərilib

“Rəqəmsallaşma və biznesin idarə edilməsində süni intellekt inqilabı” - UNEC-də beynəlxalq konfrans keçirilir

Yeni kaledoniyalı parlamentari: COP29-un dünyada iqlim dəyişiklikləri istiqamətində mövcud problemlərin həllinə töhfə verəcəyinə inanıram VİDEO

“Şəxsi arxivlərin kataloqlaşdırılması və təsvir prinsipləri” - mühazirə

“Məktəblinin dostu” layihəsinin fəaliyyətinə dair elmi araşdırmanın təqdimatı keçirilib

“Ədibin Evi”ndə “Nizami Gəncəvinin söz kainatı” mövzusu müzakirə olunub

Kaledoniyalı tarixçi: Fransanın assimilyasiya siyasəti aparmasına imkan verməyəcəyik

Tarixi abidələrimiz keçmişimizdən gələcəyə bir körpüdür

Tanışını qəsdən öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Rəşad Nəbiyev Ağdaşda şəhid ailəsini ziyarət edib

Paytaxtda saxlanılan narkokuryerdə 5 kiloqram marixuana aşkarlanıb

Kaledoniyalı senator: İnanırıq ki, Azərbaycanla imzaladığımız memorandum sayəsində Fransa öz siyasətindən çəkinəcək VİDEO

Kənd təsərrüfatı naziri: Türkiyə ilə aqrar sahədə əməkdaşlıq Qarabağ və Şərqi Zəngəzur üçün də vacibdir

Omayra Naiselin: Müstəqillik uğrunda müxtəlif istiqamətlərdə mübarizə aparırıq VİDEO

Aqrar sahədə Türkiyə və Azərbaycan əməkdaşlığının perspektiv istiqamətləri müəyyən edilib

Kişi voleybolçuların Yüksək Liqasında ikinci finalçı bəlli olub

Kaledoniyalı parlamentari: Azərbaycan bizim üçün həqiqi bir nümunədir

Aİ ölkələri arasında Rusiyadan ən çox qaz alan dövlət Fransadır

Qaraciyər xəstəliklərinin müalicəsinə kömək edə bilən muncuqlar hazırlanıb

Lənkəranda Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd edilib

Sahibə Qafarova: Fransa tarixində qara ləkə olan kolonializmi Cənubi Qafqaz regionunda da davam etdirmək niyyətindədir

Bloomberg: Rusiya sanksiyalardan yayınmaq üçün nəqliyyat dəhlizlərinin modernləşməsinə 25 milyard dollar sərmayə yatırmağa hazırlaşır

BDU aliminin yeni monoqrafiyası nəşr olunub

Kreml Fransanın mülkiyyət hüququnu pozmaqda ittiham edib

“İraq türkmanlarının ictimai, siyasi və fəlsəfi görüşləri” - dəyirmi masa

Azərbaycan ilə Çin baş prokurorluqları arasında hüquqi sahədə əməkdaşlıq genişlənir

BDU-da Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş sərgi keçiriləcək

Ukrayna bu il silah-sursat alınmasına 4 milyard dollar xərcləyib

Dendrologiya İnstitutu Qazaxıstanın Botanika və Fitointroduksiya İnstitutu ilə əməkdaşlıq edəcək

Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edib

Audiovizual Şura BDU-da “Media subyektləri” mövzusunda seminar keçirib

Tural Gəncəliyev: Fransa öz gözündə tiri görmək istəmir

Şizofreniyanın müalicəsində yeni imkanlar araşdırılıb

Karlo Ançelotti Qvardiolaya qarşı unikal göstəriciyə imza atıb

Sülhməramlıların Qarabağdan çıxarılması Azərbaycanın Liderinin zərgər dəqiqliyi ilə tətbiq etdiyi diplomatiyanın məntiqi yekunudur - ŞƏRH

Komitə sədri: Fransa demokratik ideyaları məhv edir VİDEO

Polşalı professorlar BMU tələbələrinə mühazirə oxuyublar

Tələbələr Dendrologiya İnstitutunda istehsalat təcrübəsinə başlayıblar

® Kreditlərinizi “Kapital Bank”a gətirin, nağdlaşdırma komissiyası olmadan kredit əldə edin

“SpaceX” daha 23 internet peykini orbitə çıxarıb

C vitamini qan təzyiqini aşağı salmağa kömək edir

Tatarıstan Azərbaycanla birgə kimya sənaye müəssisəsinin yaradılmasında maraqlıdır