İQTİSADİYYAT


Azərbaycan iş adamları Ər-Riyada səfər edəcək

Azərbaycan iş adamları Ər-Riyada səfər edəcək

Bakı, 29 mart, AZƏRTAC

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Səudiyyə Ərəbistanının İnvestisiya Nazirliyinin Beynəlxalq əlaqələr üzrə nazir müavini Məhəmməd Əl-Hasnah ilə görüşüb.

KOBİA-dan AZƏRTAC-a bildirilib ki, onlayn formatda keçirilmiş görüşdə Azərbaycan-Səudiyyə Ərəbistanı İşçi Qrupu çərçivəsində əməkdaşlığın inkişafına, Azərbaycan-Səudiyyə Ərəbistanı Birgə İşgüzar Şurasının ilk iclasının keçirilməsinə, KOBİA nümayəndələrinin və Azərbaycan iş adamlarının Səudiyyə Ərəbistanına nəzərdə tutulan səfərinə, eləcə də hər iki ölkənin biznes dairələri arasında əməkdaşlığın genişləndirilməsi imkanlarına dair fikir mübadiləsi aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.