İQTİSADİYYAT
Azərbaycan iş adamları İndoneziyada innovasiya sərgisinə dəvət olunurlar
Bakı, 7 yanvar, AZƏRTAC
Bu il mayın 15-də İndoneziyanın paytaxtı Cakarta şəhərində innovasiya sərgisi keçiriləcək.
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) AZƏRTAC-a bildiriblər ki, sərgi İslam İnkişaf Bankının Müdirlər Şurasının 41-ci İllik Toplantısı çərçivəsində təşkil olunacaq. Mayın 19-dək davam edəcək sərgi səhiyyə, təhsil, gənclərin potensialının artırılması və onların işlə təmin edilməsi sahələrinə aid innovasiya layihələrinə həsr olunacaq.
İnnovasiya sərgisində iştirak etməkdə maraqlı olan sahibkarlar yanvarın 14-dək AZPROMO-ya müraciət edə bilərlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2020 [17:52]
“Made in Uzbekistan Online” biznes forumunun açılışı olub
- 08.07.2019 [17:47]
Azərbaycan sahibkar və menecerləri Almaniyada ixtisasartırma kursunda olub
- 01.07.2019 [18:41]
Bakıda Azərbaycan-Hindistan biznes forumu keçirilib
- 25.06.2019 [11:46]
Bakıda Azərbaycan-Monteneqro biznes forumu keçirilib YENİLƏNİB
- 20.06.2019 [15:07]