MƏDƏNİYYƏT


“Azərbaycan” jurnalının ikinci nömrəsi çapdan çıxıb

Bakı, 3 mart, AZƏRTAC

“Azərbaycan” jurnalının ikinci nömrəsi çapdan çıxıb.

AZƏRTAC xəbər verir ki, bu nömrədə dramaturq Əli Əmirlinin yeni “Pərdəsiz” pyesi, Natiq Məmmədlinin “Ən gözəl günah” romanının birinci nömrədən sonrakı bölümü təqdim olunur.

“Nəsr” rubrikasında Vidadi Babanlının “Sabaha ismarıc” povesti, Əjdər Olun “Dəhşətli hadisə” hekayəsi yer alıb.

“Poeziya” bölməsində istedadlı şairlər Əlizadə Nurinin şeirləri, Əlirza Xələflinin “Dönməzlik yolu” yaddaş – poeması, Zərəngiz Dəmirçi Qayalının, Ətraf Sərrafın, Tamella Pərvinin poeziya nümunələri və gənc şair Tural Turanın poetik axtarışları təqdim olunur.

“Ədəbi talelər”də Günel Natiqin tərcüməsində Karlos Kastaneda, “Ədəbiyyatşünaslıq” rubrikasında Güldəniz Qocayevanın Məhəmməd Hadi irsinə həsr etdiyi “Qalan mənadır ancaq” yazısı, Səadət Vahabovanın isə Əbdürrəhim bəy Haqverdiyev yaradıcılığına müraciəti ilə tanış olmaq olar.

“Kitab rəfi” rubrikasında Vüsal Nurunun təqdimatında Kamal Abdullanın 7 cildliyi, Firuz Mustafanın “Cənnət çiçəyi”, Zabil Pərvizin şeirlərinin toplandığı “Yaşıl simfoniya”, Məmməd Orucun Sergey Kozlovdan tərcümə etdiyi “Döngə”, Nadejda İsmayılova, Esmira Fuad, Məlahət Qədirovanın yeni kitabları haqqında məlumatla tanış olacaqsınız.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.