MƏDƏNİYYƏT
“Azərbaycan” jurnalının yeni nömrəsində...
Bakı, 7 iyul, Zərəngiz Mansurova, AZƏRTAC
“Azərbaycan” jurnalının yeni nömrəsi çapdan çıxıb.
AZƏRTAC xəbər verir ki, jurnalın bu nömrəsində Mir Cəlal adına beynəlxalq hekayə müsabiqəsinin qalibləri - Yaşar Bünyadın “Hələ ki təyyarələr uçur...”, Şahin Sərdarlının “Rənglərə boyanmış yalanlar”, Mübariz Cəfərlinin “Güzgü”, Elşad Baratın “Günah”, Mülayim Hümbətovanın “Mənə oğlumdan danış”, Dilsuzun “Yaradıcılıq günü...”, Vaqif Nəsibin “Çiyinlərə qonan əl” əsərləri “Poeziya” bölməsində Balayar Sadiqin, Ətraf Sərrafın, Ramiz Kərəmin, İnqilab İsaqın, Vasif Süleymanın, Tahir Talıblının, Mahcamalın, Cavad Zeynalın, Rahil Məmmədin, İslam Türkayın və başqalarının şeirləri yer alıb.
“Tənqid və ədəbiyyatşünaslıq” bölümündə filologiya elmləri doktoru, ədəbiyyatşünas-tənqidçi Vaqif Yusiflinin “İsa Hüseynovdan... Muğannayadək”, Zaman Əsgərlinin “Ustad Feyzulla Qasımzadə”, Sadiq Zamanın “Ötən illərin yuxusu (povest), Əlövsət Bəşirlinin “Dönməz”, Rahid Uluselin “İslam fəlsəfəsi və onun Günəş ləkələri” (esse), Nərgiz Cabbarlının “Müasir roman: həqiqətdən simvolikaya”, Cavid Zeynallının “Tanrı quşu gəlmədi” pyesi, Mehmet Ömer Knın şeirləri, Vüsal Nurunun “Uzaqdakı doğma adam” povesti və digər yazılar yer alıb.
Jurnalın “Xatirələr, duyğular” rubrikasında Qəşəm Nəcəfzadə “Mənim ilk kitabım” yazısı ilə çıxış edir.
Jurnalın baş redaktoru Əməkdar İncəsənət Xadimi İntiqam Qasımzadədir.