İQTİSADİYYAT


Azərbaycan jurnalistləri xarici həmkarlarının təcrübəsi ilə tanış olmuşlar

Bakı, 8 may (AZƏRTAC). PAŞA Bank və “British Council”un birgə həyata keçirdiyi “Biznes jurnalistikası” layihəsi yerli jurnalistlər qrupunun və bankın nümayəndələrinin Böyük Britaniyaya səfəri ilə yekunlaşmışdır.

Layihədə 11 media nümayəndəsi, o cümlədən Azərbaycan Dövlət Teleqraf Agentliyinin əməkdaşı da iştirak etmişdir. İşgüzar səfər çərçivəsində media nümayəndələri nəinki xarici həmkarlarının təcrübəsi ilə, həm də bu ölkənin nüfuzlu təşkilatlarının və qurumlarının iş prinsipləri ilə tanış olmuşlar. Bir həftə ərzində Azərbaycan jurnalistləri “Financial Times”, “Guardian” kimi beynəlxalq miqyasda tanınan KİV-lərin redaksiyalarında olmuş, habelə ölkə parlamentində, London Fond Birjasında, Avropa Yenidənqurma və İnkişaf Bankında görüşlər keçirmiş və Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin nümayəndələri ilə işgüzar söhbətdə iştirak etmişlər.

Layihənin məqsədi iqtisadi və biznes mövzularını işıqlandıran aparıcı jurnalistlər qrupu yaratmaqdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.