İDMAN


Azərbaycan karateçiləri Belçikada 2 medal qazanıblar

Bakı, 12 noyabr, AZƏRTAC

Azərbaycan karateçiləri Belçikanın Lyej şəhərində keçirilən beynəlxalq turnirdə 2 medal qazanıblar.

AZƏRTAC xəbər verir ki, təmsilçilərimiz Suada Kərimova (16-17 yaşlı gənclər, kumite 47 kq) və Neda Rezai (böyüklər, kata) bürünc mükafata sahib olublar. Beynəlxalq hakimlər Cahangir Babayev və Vüqar Kərimov dəvətə əsasən turniri idarə edən hakimlər arasında olublar.

Belçikada müxtəlif yaşlı karateçilər arasında təşkil edilən bu yarışda 25 ölkədən 1125 idmançı iştirak edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.