İDMAN


Azərbaycan karateçiləri Dünya Oyunlarında iştirak edəcəklər

Bakı, 5 iyul, AZƏRTAC

Azərbaycan karateçiləri ABŞ-ın Birmingem şəhərində təşkil ediləcək nüfuzlu Dünya Oyunlarında iştirak edəcəklər.

Azərbaycan Milli Karate Federasiyasının (AMKF) mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, federasiyanın prezidenti Yaşar Bəşirovun rəhbərlik etdiyi heyət milli komandanın baş məşqçiləri Qurban Tağıyev (kumite, kişilər), Denis Morozov (kumite, qadınlar), Vahid Ayvazov (kata), eləcə də bu mötəbər yarışa vəsiqə qazanan Asiman Qurbanlı (+84 kq), İrina Zaretska (68 kq) və Roman Heydərovdan (kata) ibarətdir.

İyulun 7-17-də keçiriləcək Dünya Oyunlarının karate yarışları ayın 8-9-da baş tutacaq. Kişi və qadın karateçilər hər birində 8 idmançı olmaqla 10 çəki dərəcəsi, həmçinin kata çıxışlarında mübarizə aparacaqlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.