İDMAN


Azərbaycan karateçiləri Premyer Liqa turnirində mübarizəni davam etdirirlər

Bakı, 16 fevral, AZƏRTAC

Karateçilərimiz Dubayda mövsümün ikinci Premyer Liqa turnirində mübarizəni davam etdirirlər.

Azərbaycan Milli Karate Federasiyasından AZƏRTAC-a bildiriblər ki, 19 idmançımızın mübarizə apardığı Premyer Liqa turnirinin birinci günündə Rafael Ağayev (75 kq), eləcə də İsmayıl Quliyev, Tural Balcanlı və Rövşən Əliyevdən ibarət kata milli komandası təsəlliverici görüşlərə qatılaraq bürünc medal uğrunda qarşılaşmaya vəsiqə qazanıb.

Yarışın ikinci günündə Ayxan Mamayev, Pənah Abdullayev və Turqut Həsənov (84 kq), Şahin Atamov, Asiman Qurbanlı və Əli Cəfərov (+84 kq), eləcə də Roman Heydərov (kata), Fəridə Abiyeva (61 kq), İrina Zaretska (68 kq) və Fəridə Əliyeva (+68 kq) tatami üzərinə çıxacaqlar.

Fevralın 17-dək davam edəcək Dubay Premyer Liqasında 86 ölkədən 737 karateçi iştirak edir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.