İDMAN


Azərbaycan karateçiləri “XI International Basel Open Masters” turnirində 11 medal qazanıblar

Bakı, 14 sentyabr, AZƏRTAC

Azərbaycan karateçiləri İsveçrədə təşkil olunan “XI International Basel Open Masters” turnirində iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, komandamız yarışda 3 qızıl, 3 gümüş və 5 bürünc olmaqla 11 medala sahib olub.

Müxtəlif kateqoriyalar üzrə medalları komandamızın aktivinə təmsilçilərimiz Turqut Həsənov (qızıl və gümüş medal), Pənah Abdullayev (qızıl və bürünc), Asiman Qurbanlı (gümüş və bürünc), Tural Ağalarzadə (qızıl), Rafiz Həsənov (gümüş), Məhəmməd İsmayılov, Firdovsi Fərzəliyev, Ülvi Qurbanlı və Samir Məmmədov (bürünc) əlavə ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.