İDMAN


Azərbaycan karateçisi Firdovsi Fərzəliyev “Tokio-2020”də ilk qələbəsini qazanıb

Bakı, 5 avqust, AZƏRTAC

Azərbaycan karateçisi Firdovsi Fərzəliyev “Tokio-2020” Yay Olimpiya Oyunlarında ilk qələbəsini qazanıb.

AZƏRTAC xəbər verir ki, 67 kiloqram çəki dərəcəsində mübarizə aparan karateçimiz A qrupunda növbəti döyüşünü keçirib. Təmsilçimiz Yaponiya idmançısı Naoto Saqonu 1:0 hesabı ilə üstələyib.

Karateçimiz daha sonra Darxan Assadılov (Qazaxıstan) və Əli Elsavi (Misir) ilə qarşılaşacaq.

Karateçimiz ilk görüşünü Eray Şamdana (Türkiyə) qarşı keçirib və 1:7 hesabı ilə məğlub olub.

Qrupda ilk iki yerin sahibi yarımfinala vəsiqə qazanmaqla yanaşı, bürünc medalı da təmin edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.