İDMAN


Azərbaycan kikboksinqçiləri açıq Türkiyə çempionatında iştirak edəcəklər

Bakı, 11 may, AZƏRTAC

Mayın 12-15-də İstanbulda VII beynəlxalq Türkiyə açıq çempionatı keçiriləcək.

Azərbaycan Kikboksinq Federasiyasının (AKF) mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bu ildən WAKO tərəfindən dünya kuboku sayılan bu yarışda kikboksinqin 6 versiyası üzrə mübarizə baş tutacaq.

Turnirdə Azərbaycanın yeniyetmə, gənclər, böyüklər və veteranlardan ibarət komandaları da mübarizə aparacaq. Ümumilikdə, qardaş ölkədə Azərbaycanın 107 idmançısı yarışacaq. İlk dəfə bu turnirdə Azərbaycan kikboksinqin point fighting növündə də təmsil olunacaq. Belə ki, bu növdə 31 idmançımız 14 çəki dərəcəsi (5 qadınlar, 9 kişilər) üzrə qüvvəsini sınayacaq. Açıq çempionatda ilk "üçlüy"ə düşən idmançılarımız avqustda Türkiyənin Konya şəhərində keçiriləcək V İslam Həmrəylik Oyunlarına lisenziya qazanacaqlar.

Bu məqsədlə AKF-in prezidenti Orxan Əliyev qurumun Tofiq Bəhramov adına Respublika stadionunda yerləşən təlim-məşq mərkəzində Türkiyədə yarışacaq idmançılarla görüşüb. Federasiya prezidenti idmançılarımızın qardaş ölkədə yüksək səviyyədə çıxış edəcəklərinə, bayrağımızı yüksəklərə qaldıracaqlarına inandığını bildirib. O.Əliyev özünün də yarışı tribunadan izləyəcəyini vurğulayıb.

Qeyd edək ki, yarışda idmançıları gənclər və yeniyetmələrdən ibarət yığmamızın baş məşqçisi Hikmət Hacıyev, böyük məşqçilər İlqar Abbasov, Telman Məhərrəmov, məşqçilər Müşfiq Hüseynov, Şahin Xudaverdiyev, Pərvin Məmmədov və Eduard Məmmədov rinqə və tatamiyə çıxaracaqlar. Açıq çempionatın hakimləri arasında AKF-nin hakimlər kollegiyasının sədri Fəxrəddin Quliyev və onun müavini Aydın Ağabəyov da yer alacaq.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.