Azərbaycan kikboksinqçisinin Ümumdünya Oyunlarında rəqibi müəyyənləşib
AzerTAg.az
07.07.2022 [14:09]
Bakı, 7 iyul, AZƏRTAC
ABŞ-ın Birminqem şəhərində keçiriləcək Ümumdünya Oyunlarında mübarizə aparacaq Azərbaycan kikboksinqçisi, dünya çempionu Bəhram Rəcəbzadənin (+91 kq) rəqibi müəyyənləşib.
Azərbaycan Kikboksinq Federasiyasının mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, idmançımız K1 üsulu ilə keçiriləcək mübarizəyə 1/4 finaldan start verəcək. Onun mötəbər turnirdəki rəqibi Monteneqro təmsilçisi Miroslav Vuyoviç olacaq. Bəhram Rəcəbzadənin yarımfinala adlayacağı halda, Oskar İquera (Venesuela) – Roman Şerbatyuk (Ukrayna) cütünün qalibi ilə görüşəcək.
Qeyd edək ki, Ümumdünya Oyunlarında kikboksinq yarışları iyulun 10-dan 15-dək keçiriləcək.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin
Bölmənin digər xəbərləri
09.08.2022 [08:58]
09.08.2022 [08:12]
09.08.2022 [05:38]

MULTİMEDİA
08.08.2022 [20:24]
08.08.2022 [19:48]
22.07.2022
09.08.2022 [01:21]
08.08.2022 [22:31]
08.08.2022 [18:16]
08.08.2022 [18:35]
08.08.2022 [18:20]
08.08.2022 [18:07]
08.08.2022 [17:45]
08.08.2022 [19:07]
08.08.2022 [18:26]
09.08.2022 [00:44]
08.08.2022 [19:04]
08.08.2022 [17:00]
08.08.2022 [16:35]
06.08.2022 [15:19]
05.08.2022 [17:44]
08.08.2022 [18:29]
08.08.2022 [16:46]
08.08.2022 [19:19]
08.08.2022 [17:41]
08.08.2022 [17:12]
08.08.2022 [23:10]
08.08.2022 [23:03]
Xəbərin mətnində orfoqrafik səhv var