Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

Azərbaycan kinosu 120: tarixi, bu günü və gələcək inkişaf perspektivləri

Azərbaycan kinosu 120: tarixi, bu günü və gələcək inkişaf perspektivləri

Bakı, 29 iyun, AZƏRTAC

Azərbaycan kinosu yarandığı gündən xalqımızın maariflənməsində, estetik zövqünün formalaşmasında, milli və vətənpərvərlik hissinin güclənməsində özünəməxsus rol oynayır, milli mənəvi dəyərlərimizi və adət-ənənələrimiz yaşadır.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyevin “Azərbaycan kinosunun 120 illiyinin qeyd edilməsi haqqında” 2018-ci il 31 yanvar tarixli Sərəncamına uyğun olaraq bu əlamətdar tarix ölkəmizin hər yerində silsilə tədbirlərlə qeyd edilir.

120 yaşın mübarək!

Dünya kinosunun tarixi ilə üst-üstə düşən Azərbaycan kinosu da ilk vaxtlar səssiz və ağ-qara, sonradan isə rəngli və səsli formatda olub. Azərbaycan kino sənətinin tarixi 1898-ci ildən başlayır. Həmin il “Şəhər bağında xalq gəzintisi”, “Bazar küçəsi sübhçağı”, “Qatarın dəmiryol stansiyasına daxil olması”, “Bibiheybətdə neft fontanı yanğını” və başqa filmlər çəkilib. 1900-cü ildə Parisdə keçirilən ümumdünya kino sərgisində “Bibiheybətdə neft fontanı yanğını” və “Balaxanıda neft fontanı” xronikaları nümayiş etdirilib.1935-ci ilədək Azərbaycanda səssiz filmlər çəkilsə də, onlar həm sənədli, həm də bədii film janrlarında olub.

Yazıçı İbrahim bəy Musabəyovun dövrün həyat hadisələrini və lövhələrini əks etdirən, melodram janrında olan “Neft və milyonlar səltənətində” povesti əsasında 1916-cı ildə Azərbaycanda ilk tammetrajlı bədii film çəkilib. Bununla da kino salnaməmizdə yeni səhifə açılıb - bədii film çəkilişinin əsası qoyulub.

Bu il 100 yaşını qeyd etdiyimiz Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ilə əlaqədar 1919-cu ildə “Azərbaycanın müstəqilliyinin ildönümü münasibətilə təntənə” adlı tammetrajlı sənədli film çəkilərək nümayiş etdirilib.

Azərbaycanda ilk səsli kinonun istehsalına 1935-ci ildə “Mavi dənizin sahilində” bədii filmi ilə başlanılıb. Səsli kinonun yaranması ilə sənədli kinomuzun da yaradıcılıq imkanları genişlənib. 1936-cı ildə görkəmli yazıçımız Y.V.Çəmənzəminlinin sovet kinosundan tərcümə etdiyi “Çapayev” filminin Azərbaycan dilində səsləndirilməsi ilə kino sənətimizdə dublyajın əsası qoyulub.

                                                      Bu kino ki var...

Bizi-bizdən alan və bizə qaytaran bu kino nə yaxşı ki, var. Yoxsa insan oğlu bu əlçatmaz, ünyetməz, gəzib dolaşmaqla sonuna varmağın mümkünsüz olduğu, özü boyda sirr-bilməcə dünyanı necə “görə” bilərdi. Yadımdadır, hər dəfə kəndə yeni film gətiriləndə havanın qaralmasını səbirsizliklə gözləyərdik. Kənd klubunda baxdığımız film həm də səhəri gün müzakirə edəcəyimiz əsas mövzulardan olardı. Bəzən seyr etdiyimiz filmin təsirindən günlərlə çıxa bilməzdik. Bir şey ki, bəşər övladında düzlüyü, paklığı, halallığı, nə olursa-olsun, sonda haqqın qələbə çalmasını aşılaya, onu kim sevməz ki.

Əqidəsi uğrunda dərisi soyulan Nəsimini, bir gün azad yaşamağı, qırx il boyunduruq altında sürünməkdən üstün tutan Babəki, elinin-obasının, torpağının yağmalanmaması, qardaş qırğınlarının dayandırılması naminə müqəddəs qopuza and verən Dədə Qorqudu, saflıqdan doğan sadəlövhlük rəmzi olan Cəbiş müəllimi və neçə-neçə belə dəyərləri bizə sevdirən, bizə aşılayan kino deyilmi...

                        Azərbaycan kinosu İkinci Dünya müharibəsi illərində

Müharibə illərində Sovet İttifaqında 3,5 milyon metr kinoplyonka çəkilib, 34 tammetrajlı, 67 qısametrajlı film, 24 cəbhə buraxılışı, “Söyuzkinojurnal”ın və “Novosti dnya” kinojurnallarının 465-dən artıq nömrəsi istehsal olunub. Bütün bu kinoxronikanın və filmlərin çəkilməsində Azərbaycan kinematoqrafçılarının da əməyi az olmayıb.

Ümumiyyətlə, Bakı Kinostudiyasının 40-dan çox yaradıcı əməkdaşı müharibədə iştirak edib, onlardan bir hissəsi müharibədən qayıdıb, öz sevimli peşələrini davam etdirib, bir çoxu həlak olub və ya itkin düşüb. Məsələn, Azərbaycanın ilk kinooperatoru Camal İsmixanov itkin düşüb. Görkəmli bəstəkar və ictimai xadim Müslüm Maqomayevin oğlu Məhəmməd Maqomayev müharibəyə qədər Bakı Kinostudiyasında rəssam işləyib. 1935-ci ildə “Abbasın bədbəxtliyi” - ilk animasiya filminin rəssamlarından olub. Məhəmməd Maqomayev ordu sıralarında Berlinə qədər gedib, II dərəcəli Vətən müharibəsi ordeninə layiq görülüb. O, 29 yaşında, Qələbəyə 10 gün qalmış ağır döyüşlərin birində yaralı yoldaşını xilas edərkən həlak olub.

Müharibə ərəfəsində və dövründə Bakı kinostudiyasında işləyənlərin sayı belə olub: 1940-cı ildə 360 nəfər, 1941-1942-ci illərdə 120 nəfər (o zaman kinostudiyada bir nəfər üç nəfərin yerinə işləyib), 1943-cü ildə 250 nəfər, 1944-cü ildə 300 nəfər.

                       136 ölkədə nümayiş, 86 dilə tərcümə və 5 milyard rubl qazanc

1945-ci ilin payızında ekranlara çıxan “Arşın mal alan” filmindən sonra Azərbaycan kinosunda musiqili komediya janrına meyil gücləndi. Filmin nümayişi əsl sənət bayramına çevrildi, adı Azərbaycan kino tarixinə qızıl həriflərlə yazıldı. Filmin yaradıcıları Üzeyir Hacıbəyli dühasının bəhrəsi olan bu parlaq əsərdəki bəşəri ideyanı, komediyanın melodiyalarının gözəlliyini və rəngarəngliyini tamaşaçılara çatdırmaq üçün əllərindən gələni etmişlər. Filmin ən böyük müvəffəqiyyəti onun elə ilk baxışda sevilən unudulmaz surətləridir. Film ekranlara çıxandan sonra iki il ərzində 5 milyard rubl qazanc əldə edilib. Bu filmin ekranlara çıxması heç də asan başa gəlməyib. Belə ki, “Arşın mal alan” Stalinin ən sevimli operettalarından olub. O, tamaşaya hələ 1938-ci ildə Moskvada keçirilən Azərbaycan incəsənəti ongünlüyündə baxıb. O vaxt Əsgərin partiyalarını Bülbül oxuyurdu. Üzeyir bəyin xatirələrinə görə, filmə baxışdan sonra incəsənət xadimlərinin şərəfinə təmtəraqlı ziyafət verilib. Üzeyir bəy Stalinlə Molotovun arasında oturubmuş. İosif Vissarionoviç gözlənilmədən bəstəkara tərəf əyilir, arşın malçıdan mahnı oxuyur və deyir: “Mən hələ Tiflisdə yaşadığım illərdən bu əsərlə tanışam. Komediyanın ürəyəyatan mahnılarının bütün Gürcüstanın necə oxuduğunu xatırlayıram”.

Azərbaycan milli kinosunun ən uğurlu filmlərindən hesab olunan “Arşın mal alan” indiyədək 136 ölkədə nümayiş etdirilib və 86 dilə tərcümə olunub.

1956-cı ildə kinomuzda daha bir keyfiyyət dəyişikliyi baş verib - ilk rəngli bədii film olan “O olmasın, bu olsun” filmi çəkilib. Üzeyir Hacıbəylinin bu komediyasının ekranlaşdırılması da milli kinomuza şöhrət gətirib. Görəsən dünyanın elə bir filmi varmı ki, bu ekran əsəri kimi söz-söz, cümlə-cümlə yaddaşlara köçə, hər bir detalı ilə dillər əzbərinə çevrilə! “Film dünyanın 40-dan çox ölkəsində nümayiş etdirilib.

                   “Uzaq sahillərdə” doğma qəhrəmanlar və ya hamının içindəki “Mixaylo”

Ötən əsrin 50-ci illərinin əvvəllərində yazıçılar İmran Qasımov və Həsən Seyidbəylinin “Uzaq sahillərdə” povesti az vaxt içərisində geniş oxucu kütləsinin rəğbətini qazanıb. Kitab əldən-ələ gəzərək xalqımızın qəhrəman oğlu Mehdi Hüseynzadənin İkinci Dünya müharibəsi illərində Vətəndən uzaqlarda, Adriatik dənizi sahillərində, Triyest şəhəri ətrafında beynəlmiləl partizan briqadasında kəşfiyyatçı kimi əfsanəvi igidlikləri barədə oxuculara geniş məlumat verir.

Gəncləri qəhrəmanlığa, Ana vətəni göz bəbəyi kimi qorumağa, sevməyə çağıran bu sənət əsri 1958-ci ildə ekranlara buraxılandan sonra Azərbaycan kinosunda əsl hadisəyə çevrilib.

Faşistlərin canını lərzəyə salan həmyerlimiz “Mixaylo”nun partizan dostu Veselinlə birgə ən çətin əməliyyatları yerinə yetirməsini tamaşaçılar dərin həyəcanla, göz qırpmadan izləyirlər. “Uzaq sahillərdə” xalımızın sonralar qarşılaşacağı Qarabağ müharibəsi üçün qəhrəmanlar yetişdirən əsl məktəb oldu.

                                       Azərbaycan kinosunun intibah dövrü

1970-1980-ci illərin birinci yarısında Azərbaycan kinosu intibah dövrünü yaşayıb. Kinematoqrafçıların yaratdıqları filmlər milli mənəvi dəyərlərin təbliğində, milli şüurun formalaşmasında və gənc nəslin tərbiyəsində mühüm rol oynayıb. Bu illər ərzində kino salnaməmizin unudulmaz səhifələrini təşkil edən, aktual mövzulu və sənətkarlıq baxımından diqqətəlayiq, mədəniyyətimizin qızıl fonduna daxil olan filmlər yaradılıb. Ümumilikdə, 110 bədii, 500 sənədli və elmi-kütləvi, eləcə də 44 cizgi filmi istehsal olunub. “Bir cənub şəhərində”, “Bizim Cəbiş müəllim”, “Dəli Kür”, “Şərikli çörək”, “Dərviş Parisi partladır”, “Yeddi oğul istərəm”, “Axırıncı aşırım”, “Nəsimi”, “Dədə Qorqud”, “Babək”, “Nizami” və digər bədii filmlər o illərdə çəkilib. Məzmun və janr baxımından sənətə yenilik gətirən bu filmlər kinonu xalqa daha da yaxınlaşdırıb. Azərbaycan kinosunda müxtəlif peşə və sənət sahiblərinin həyatından bəhs edən, tarixi yaddaşı özünə qaytaran filmlərin çox olması ekran sənətimizin mövzu əlvanlığının göstəricisidir. Bədii kinomuzun janr müxtəlifliyi filmlərin hərbi, tarixi-qəhrəmanlıq, musiqili komediya, detektiv, macəra, psixoloji, qrotesk, sosial pamflet, nağıl və başqa janrlarda özünü təcəssüm etdirib.

                                    Azərbaycan kinosunun inkişafına göstərilən dövlət qayğısı

Müstəqillik illərində milli kinomuza xüsusi diqqət yönəldilməsi ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ötən əsrin 90-cı illərində məhv olmaq təhlükəsi ilə qarşılaşan incəsənətin bu vacib sahəsi 1993-cü ildə Ulu Öndərin hakimiyyətə qayıdışı ilə yeni inkişaf mərhələsinə qədəm qoydu. 1998-ci il avqustun 19-da qəbul edilmiş “Kinematoqrafiya haqqında” Azərbaycan Respublikası Qanunu ilə müasir müstəqil respublikada dövlət kinematoqrafiyasının hüquqi bazası formalaşdırıldı. 1996-cı ildə isə Azərbaycan Dövlət Film Fondunun yaradılması ilə filmlərin qorunması təmin edildi.

Hər il avqustun 2-si Azərbaycan Kinosu Günü – kino işçilərinin peşə bayramı qeyd edilir. Bu bayramı kino işçilərinə, kinosevərlərə, bütün xalqımıza Ulu Öndər bəxş edib. Ümummilli Liderin 2000-ci il dekabrın 18-də imzaladığı müvafiq Sərəncam Azərbaycan kino tarixinə qızıl hərflərlə həkk olunub.

Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə milli kino sənətinin inkişafı üçün mühüm işlər həyata keçirilir. Dövlətimizin başçısının “Azərbaycan kino sənətinin inkişaf etdirilməsi haqqında” 2007-ci il 23 fevral və “Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında 2008-ci il 4 avqust tarixli sərəncamları tarixi əhəmiyyətli sənədlərdir. Beləliklə, ölkəmizdə kinostudiyaların maddi-texniki bazaları gücləndirilib, yeni filmlər çəkilib, kino sənətimiz inkişafın müasir mərhələsinə qədəm qoyub.

                             Son illər 50-dən çox beynəlxalq festivalda iştirak edən filmlərimiz

İyirmi beş ildən çoxdur ki, Azərbaycan kinosu müstəqillik dövrünün əsərlərini yaradır, heç bir senzura olmadan həyat həqiqətlərini ekrana gətirməyə səy göstərir. Bu müddətdə Azərbaycanda 60 bədii film çəkilib. Bunlardan 40-ı “Azərbaycanfilm”in məhsuludur. Həmin filmlərin əksəriyyətində kinematoqrafçılar kinonu real həyata daha da yaxınlaşdırıb, uydurma qəhrəmanlar real – yaxşı və pis, müsbət və mənfi, güclü və zəif xüsusiyyətlərə malik, düzgün və yanlış addımlar atan insanlarla əvəz olunub: “Gecə qatarında qətl”, “Qətl günü”, “Qəzəlxan”, “Qətldən 7 gün sonra”, “Fəryad”, “Həm ziyarət, həm ticarət”, “Otel otağı” və s.

C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında Qarabağ mövzusunda filmlər çəkilib. Onlardan biri də “Fəryad”dır. İki sənədli film - “Müharibə uşaqları” və “Biz qayıdacağıq” kinolentləri Xocalı soyqırımına həsr olunub. “Dolu”, “Mübarizlik zirvəsi” və bu kimi digər filmlərin gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasında rolu əvəzolunmazdır. “Nabat” filmi Qarabağ həqiqətlərinin dünyaya çatdırılması baxımından dəyərli ekran əsəridir.

“Azərbaycanfilm” kinostudiyasının istehsalı olan aktual mövzulu filmlər son illər 50-dən çox beynəlxalq film festivalında iştirak edərək Azərbaycan gerçəkliklərini dünyanın kino auditoriyasına çatdırıb və nüfuzlu mükafatlara layiq görülüb. Kinostudiyanın direktoru Müşfiq Hətəmov deyib: “Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı” bir sıra vacib layihələrin həyata keçirilməsinə zəmin yaratdı. Mədəniyyət Nazirliyinin dəstəyi ilə sistemli şəkildə islahatlar aparılır. Eyni zamanda, Azərbaycan kino sənayesinin uğurlu inkişafı üçün hüquqi tənzimləyici sistem dövrün tələblərinə müvafiq olaraq təkmilləşdirilməlidir. Bu məqsədlə “Kinematoqrafiya haqqında” yeni qanun layihəsi hazırlayıb Milli Məclisə təqdim etmişik. Son illər 70-dən çox festivalda iştirak etməyin, 58 ölkədə nümayiş olunmağın uğuru ilə razılaşmırıq, daha böyük layihələr həyata keçirməyi düşünürük”.

Bütün bu sadaladığımız faktlar bir daha göstərir ki, Azərbaycan kinosu 120 illik tarixi dövr ərzində əldə etmiş olduğu nailiyyətləri növbəti onilliklərdə daha da artıraraq, ölkəmizin daha geniş coğrafiyada tanınmasına, Qarabağ həqiqətlərinin bəşəriyyətə çatdırılmasına öz töhfəsini verəcək.

Abdulla Suvar

AZƏRTAC-ın müxbiri 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Tovuzda 40 yaşlı kişini “tok” vurub öldürdü

“2026-cı ilə qədər 6000 keçmiş məcburi köçkünün peşə təliminə cəlb olunması nəzərdə tutulub” - AÇIQLAMA

® Mərkəzi Gömrük Hospitalının həkimi Almatıda keçirilən beynəlxalq elmi-praktik konfransda məruzə ilə çıxış edib

® “PAŞA Qrup” şirkətləri tərəfindən Novruz bayramı ərəfəsində növbəti sosial aksiya keçirilib

"Aqroservis" ASC-nin sədr müavini Zaqatalada vətəndaşları qəbul edib, təsərrüfatlarla tanış olub

“AzScienceNet” Şəbəkə İdarəetmə Mərkəzində “FileSender” xidməti istifadəyə verilib

Azərbaycan alimi nüfuzlu jurnalın redaksiya heyətinin üzvü seçilib

® “Unibank” biznes mobil bankçılıq üzrə ən yaxşı banklar siyahısındadır

Turizm və Menecment Universitetində 1918-ci il mart soyqırımına həsr olunan tədbir keçirilib

Türk Mədəniyyəti və İrsi Fondunun növbəti layihəsi – “Turk Discovery” yutub platforması

Bakıdakı təsnifat turnirində 33 ölkənin güləşçiləri mübarizə aparacaqlar

BMU-da Azərbaycanlıların Soyqırımı Günü qeyd olunub

Ömür boyu eyni yerdə işlədi, İkinci Dünya müharibəsindən sonra Türkiyəyə yollanmış atasını tapdı... Vəfalı oldu

Kukla Teatrında növbəti xeyriyyə aksiyası

Almaniyada kimlər daha çox pensiya alır?

Aqrar sığorta eksperti təlimi üçün müraciət müddəti uzadılıb

Havada toz müşahidə olunur

Mart soyqırımı amansızlığına və miqyasına görə bəşər tarixində ən qanlı faciələrdəndir RƏY

Qəsdən adam öldürməyə cəhd faktı ilə bağlı cinayət işi məhkəməyə göndərilib

Pasxa ərəfəsində Fransada təhlükəsizlik tədbirləri gücləndirilir

Ceyhun Kərəmov: Böyük Qayıdış regionda peşə təhsili sistemi üçün də yeni imkanlar açır - YENİLƏNİB

Bu gündən 181 avtobus yeni nəqliyyat mübadilə mərkəzindən hərəkət edəcək

İsveçrənin hidrogen qatarı rekord vurub

“Meta” səsimizi dinləyirmi? Şirkətin London ofisində çalışan azərbaycanlı ilə MÜSAHİBƏ

Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 2016-cı il 7 sentyabr tarixli 1617050000011400 nömrəli Qərarı ilə təsdiq edilmiş “Səyyar vergi yoxlamasının keçirilməsi Qaydaları”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının QƏRARI

Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 2015-ci il 19 may tarixli 1517050000003100 nömrəli Qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslərin uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydaları”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının QƏRARI

Bu ilin fevralında Türkiyənin ticarət balansının kəsiri azalıb

Tədqiqat: Təbii və süni dadlandırıcılar qanda şəkəri azaldır

Bakıda informasiya texnologiyaları və onların tətbiqi üzrə 2-ci beynəlxalq konfrans keçiriləcək

Laçındakı Aqrosənaye parkında 46 müəssisə fəaliyyət göstərəcək

Qulu Ağsəsin “Görsən üşüyürsən...” adlı şeirlər kitabı çap olunub

Moskvada MDB İqtisadi Şurasının iclası keçirilib

Türkiyədə ABŞ nümayəndə heyəti ilə Ukrayna müharibəsi və terrorizmlə mübarizə məsələləri müzakirə ediləcək

Argentina millisinin futbolçusunu hədələyən cinayətkarlar saxlanılıb

Yaz mövsümü və allergik xəstəliklər

Azərbaycan Premyer Liqasında daha 2 turun cədvəli məlum olub

Deputat: Mart soyqırımları bəşər tarixində ən qanlı faciələrdəndir

Əmək və əhalinin sosial müdafiəsi naziri Neftçalada vətəndaşları qəbul edib

Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək

Barselonada ekstremal quraqlıq hökm sürür

“Uğurlarımın arxasında duran ən böyük səbəb budur” – peşə məktəbi məzununun UĞUR HEKAYƏSİ

Azərbaycan Kubokunda yarımfinal mərhələsinin cavab oyunlarının proqramı açıqlanıb

Fransa dövləti və Daxili Təhlükəsizlik Baş İdarəsi məhbusu necə manipulyasiya edib?

Salyan sakinindən külli miqdarda heroin götürülüb

ABŞ-ın Ukraynaya yardımının ümumi məbləği 113 milyard dolları keçib

Sabah ölkə ərazisində hava şəraiti dəyişkən buludlu olacaq

“60 çiçək – bir çələng” adlı Zəfər almanaxı işıq üzü görüb

Baş katib: Azərbaycan basketbolunda yeni tarix yazmaq istəyirik

Ən varlı amerikalıların 1 faizinin sərvəti 44,6 trilyon dollara yüksəlib

Milli Kitabxanada 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar tədbir təşkil olunub

Kembricdə şahzadə Filippin heykəlini demontaj edəcəklər

BDU-da Günəş aktivliyinin tədris göstəricilərinə təsiri məsələsi müzakirə olunub

Moskvada MDB İqtisadi Şurasının 101-ci iclası başlayıb

Ölkəyə idxal olunan bir sıra qida məhsullarında uyğunsuzluqlar aşkarlanıb

Səhiyyə Nazirliyi Laçın şəhərində uşaqların kompleks tibbi müayinəsini aparıb və maarifləndirici aksiya təşkil edib

Olimpiya idman növləri üzrə federasiyalar üçün seminar keçirilib

Ramazan bayramı ilə əlaqədar Bakı-Qəbələ-Bakı marşrutu üzrə qatarların hərəkətində dəyişiklik edilir

Dövlət Ekoloji Təhlükəsizlik Xidməti ictimai-iaşə obyektlərinin sahiblərinə çağırış edib

Cənubi Koreyada sürət qatarı ilə doğum səviyyəsi arasında maraqlı əlaqə tapıblar

Bakı kəndləri arasında futbol turniri başlayır 

AzMİU-da maarifləndirici seminar - Plastik tullantıların təbiətə zərəri

Dövlət Su Ehtiyatları Agentliyinin sədri Gəncə şəhərində vətəndaşlarla görüşüb

Milli Məclisin növbəti plenar iclasının vaxtı açıqlanıb

Kainatın bir çox sirrini açmağa imkan yaradan texnoloji yenilik

Azərbaycan cüdoçuları “Böyük Dəbilqə” turnirinin ilk günündə medal qazana bilməyiblər

Mart soyqırımı - insanlığın faciəsi

Naxçıvandan olan şəhid ailələrinin üzvləri Şuşada

Bakıda keçiriləcək lisenziya turnirinə satılan biletlərin sayı açıqlanıb

Sağlam və düzgün qidalanmanın ən önəmli qaydalarından biri meyvə və tərəvəzləri mövsümündə istehlak etməkdir

NATO İspaniyada üçüncü hərbi-dəniz bazasını yerləşdirir

GUAM ölkələri insan alverinə və qanunsuz miqrasiyaya qarşı mübarizəni gücləndirəcək

Fövqəladə Hallar Nazirliyi tərəfindən daha bir qanunsuz tikili sökülüb

Yunanıstanda 6 bal gücündə zəlzələ olub

Vüqar Rəhimzadə: XX əsrdə xalqımız böyük bəlalarla üzləşsə də, sınmadı, güc topladı və məqsədinə nail oldu

Azərbaycanda hansı şəxslərin təhsil haqqı dövlət vəsaiti hesabına ödəniləcək?

Ukraynaya raket hücumu nəticəsində 6 bölgənin enerji infrastrukturuna ziyan dəyib

Sumqayıt Kimya Sənaye Parkında ağacəkmə aksiyası keçirilib

Alimlər fövqəlnovanın ən erkən mərhələlərini qeyd edirlər

Qubada III Aqrobiznesin İnkişafı Forumu keçirilir - YENİLƏNİB

Donald Tusk Ukrayna müharibəsinin uzanacağını güman edir

Füzulidə daha 35 ailəyə mənzillərinin açarları təqdim olunub - YENİLƏNİB VİDEO

Azərbaycan Karate Federasiyasında fəxri prezidentlik institutu yaradılır

Dördüncü “Yüksəliş” müsabiqəsinə 14 min nəfərdən çox iştirakçı qeydiyyatdan keçib

Gürcüstanda müsəlman icmasına daha 20 məscid veriləcək

Cəmiyyətin Ermənistan işğalı altında olan kəndlərin azad ediləcəyi ilə bağlı gözləntisi yüksəkdir-SORĞU

Oğuz sakinlərindən nəcib təşəbbüs - yanmış meşə sahələri bərpa edilir FOTO VİDEO

“Heydər Əliyev və Azərbaycan mərasim mədəniyyəti” kitabı çapdan çıxıb

“Hoa Lo” həbsxanası - Fransanın Vyetnamdakı cinayətlərinin şahidi VİDEO

İnzibati Xətalar Məcəlləsinin bir sıra maddələri üzrə cərimələrin məbləği artırılır

“Şahin” hərbi-idman oyununun Şəki rayon turunda 11 komanda mübarizə aparıb

Elektroenergetika və bərpaolunan enerji sahəsində Texniki Komitə yaradılıb

Məktəbəhazırlıq qruplarında, 4-cü və 6-cı siniflərdə şagirdlərin yerdəyişmə prosesi dayandırılacaq

“N” hərbi hissəsində komanda-qərargah təlimi keçirilib

Müasir imperializm ideyasının sələfi olan Qərb merkantilizmi indi də Ermənistanı “xərcləyir” - ŞƏRH

İKTA operator və provayderlərə radiotezliklərdən səmərəli istifadəni tövsiyə edib

Cinayət-Prosessual Məcəlləyə təklif edilən bir sıra dəyişikliklər təsdiqlənib

Görkəmli ədibin 125 illiyi adını daşıdığı kitabxanada qeyd edilib

Alzheimer xəstəliyi orqan nəqli ilə də yayıla bilər

Hüquqşünas kimi 5 ildən artıq işləyən Azərbaycan vətəndaşları hakim ola biləcəklər

Aprelin 15-dən 19-dək ölkəmizdə quş qripi xəstəliyinə qarşı epizootoloji monitorinq keçiriləcək