Azərbaycan Dövlət İnformasiya Agentliyi

ELM VƏ TƏHSİL

Azərbaycan kinosunun inkişafında Ulu Öndərin böyük xidməti olub

Azərbaycan kinosunun inkişafında Ulu Öndərin böyük xidməti olub

Bakı, 3 iyun, AZƏRTAC

Ümummilli Lider Heydər Əliyev Azərbaycan mədəniyyətini, musiqisini, milli-mənəvi dəyərlərini çox sevirdi. Ulu Öndər varlığı ilə, canı ilə, ruhu ilə Azərbaycan torpağına, mədəniyyətinə dərin tellərlə bağlı idi. Onun Azərbaycana rəhbərliyi dövründə “Kitabi-Dədə Qorqud” dastanının və bir sıra klassiklərimizin yubileylərinin beynəlxalq səviyyədə qeyd olunması bunun bariz nümunəsidir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Kino-televiziya sənətləri kafedrasının dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru Gülnarə Hüseynova söyləyib. O bildirib ki, zəngin tarixi olan Azərbaycan mədəniyyətinin bugünkü səviyyəyə yüksəlməsində Ulu Öndərin misilsiz xidmətləri olub. Heydər Əliyev mədəniyyəti xalqın böyük sərvəti hesab edirdi. Dahi Azərbaycan şairi Nizami Gəncəvinin dünyanın bir sıra ölkələrində heykəl və büstlərinin ucaldılması, Nəriman Nərimanovun Tbilisidə ev-muzeyinin yaradılması, Ulyanovskda büstünün qoyulması, Molla Pənah Vaqifin Şuşada məqbərəsinin açılması, Hüseyn Cavidin qəbrinin Sibirdən doğma torpağı Naxçıvana gətirilərək orada dəfn edilməsi və məqbərəsinin ucaldılması Ulu Öndərin Azərbaycan mədəniyyətinə göstərdiyi diqqət və qayğının bir hissəsidir. Ümummilli Lider ölkəyə rəhbərlik etdiyi hər iki dövrdə mədəniyyətimizin, incəsənətimizin, elmimizin və ədəbiyyatımızın hamisi olub, milli dəyərlərimizin dünyada tanıdılmasında tarixi xidmətlər göstərib.

İncəsənətin bütün sahələrində olduğu kimi, milli kinomuzun da inkişafında Ulu Öndərin xidmətləri danılmazdır. Kinomuz bu qayğını və dəstəyi Heydər Əliyev hələ Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsində çalışdığı dövrdə görüb. Ötən əsrin 70-ci illəri milli kinomuzun ən parlaq dövrünə təsadüf edir. Həmin illərdə kinostudiyamızda bir-birindən maraqlı filmlər istehsal edilirdi. Eyni zamanda, bir sıra filmlər məhz Heydər Əliyevin təşəbbüsü ilə yaradılıb. “Uzaq sahillərdə”, “Nəsimi”, “Babək”, “İstintaq” ekran əsərlərinin yaranmasında, sovet senzurasından keçməsində Heydər Əliyevin gördüyü işlər danılmazdır. Belə ekran əsərlərindən biri də hər zaman maraqla baxılan “Bir cənub şəhərində” bədii filmidir. Kinorejissor Eldar Quliyevin bədii kinoda ilk işi Bakı həyatından, köhnə məhəllələrin birində yaşayan insanların gündəlik yaşam görüntülərindən bəhs edirdi. Filmdə sovet rejiminin ən qatı vaxtlarında ekrana köhnə fikirli sovet adamı obrazı gətirmək, tamaşaçıya dövrlə bağlı seçim imkanı saxlamaq və bütün bunları sovet təbliğat maşınına qəbul etdirmək asan məsələ deyildi. Yaradıcı heyətin böyük zəhmət və sevgi ilə ərsəyə gətirdiyi film daxili baxışdan sonra Moskvadakı “Qoskino” (Dövlət Kinematoqrafiya Komitəsi) adlanan qurumda ciddi tənqid edilir, filmin kütləvi nümayişinə qadağa qoyulur. O ərəfədə Heydər Əliyev Azərbaycan SSR Mərkəzi Komitəsinə birinci katib təyin olunur. Filmin “aqibəti”ndən xəbər tutan respublika rəhbərinin bəlkə də bu vəzifədə ilk işlərindən biri “Bir cənub şəhərində” kimi möhtəşəm ekran işini tamaşaçıya qaytarmaqla başlayır.

İsa Hüseynovun ssenarisi əsasında Həsən Seyidbəylinin quruluş verdiyi “Nəsimi” (1973) filmi Azərbaycan xalqının görkəmli şair və filosofu İmadəddin Nəsiminin anadan olmasının 600 illiyinə həsr edilib. Ulu Öndərin istəyi ilə filmin rejissor işi Həsən Seyidbəyliyə həvalə olunub. Ümummilli Lider bu barədə deyib: “Xatirimdədir, ssenari çox mürəkkəb, çox çətin idi. Çünki tarixi təhlil etmək, aydınlaşdırmaq lazım idi ki, nəyi göstərməli, nəyi göstərməməli… Mən hesab edirəm ki, tarixi baxımdan bu film Azərbaycan kino sənətinin, əslində, ilk fundamental filmi idi. Onda mən Həsən Seyidbəyli ilə görüşdüm, söhbət etdim və soruşdum ki, bəs Nəsimi rolunu kim ifa edəcək? O dedi ki, bilirsinizmi, mən bir yaxşı, perspektivli cavan tapmışam. Mən onu sınaqdan çıxarmışam, baxmışam… Rasim Balayev Nəsimi rolunu həqiqətən gözəl ifa etdi”.

“Babək” filmi 1979-cu ildə Ənvər Məmmədxanlının ssenarisi, Eldar Quliyevin quruluşunda çəkilib. Xüsusilə qeyd edək ki, Heydər Əliyevin ölkəyə rəhbərik etdiyi dövrdə yaranan tarixi filmlərin büdcəsi sovet dövründə çəkilən filmlərin büdcəsindən qat-qat artıq olub. Xalq qəhrəmanı Babəkə həsr edilən filmin çəkilişləri üçün ümumittifaq büdcəsindən ayrılmış vəsaitdən əlavə indiki məzənnə ilə hesablansa 4-5 milyon dollar pul ayrılır. Moskvanın maneələrinə baxmayaraq, filmin çəkilişi üçün geniş şərait yaradılır. Yeri gəlmişkən, “Babək” filmi sovet kino tarixinin də ən bahalı filmləri sırasına daxil edilib. Təkcə Azərbaycanda deyil, Rusiyada, Gürcüstanda, Özbəkistanda 16 fabrik film üçün 1500 dəstdən artıq paltar hazırlayıb. Beş mindən artıq adam çəkilişlərdə iştirak edib. Moskvadan “Mosfilm”in “Kavaler polku”ndan 170 atlı gətirilib. Altmışa yaxın ölkə tərəfindən alınan film bir il ərzində 35 milyon tamaşaçı tərəfindən izlənilib.

Növbəti film Rüstəm İbrahimbəyovun ssenarisi əsasında Rasim Ocaqovun çəkdiyi “İstintaq” (1979) filmidir. Filmdə hadisələr ötən əsrin 60-cı illərini əhatə edir. Filmin əsas mövzusunu Azərbaycanda o dövrdə fəaliyyət göstərən mafiya təşkil edir. Rüşvət, hədiyyə ilə polis orqanlarını ələ almaq, təmiz insanları şərləmə və daha nələr filmdə açıq-aydın təsvir olunur. Belə bir filmin çəkilməsi öz dövrü üçün cəsarətli addım idi. Məhz buna görə sovet senzurası və Azərbaycanda kino sahəsinə rəhbərlik edənlər filmin ekranlara çıxmasına mane olurlar. Respublika rəhbəri bu barədə eşidir və məsələyə qarışır. Dahi rəhbər Heydər Əliyev “Biz filmi bəyənmişik” deməyi ilə məsələ həll olunur.

Ümummilli Lider ölkəyə rəhbərliyi dövründə bir çox tarixi filmlərin yaranmasına şərait yaratmaqla yanaşı, eyni zamanda, həmin çəkiliş proseslərini nəzarətdə saxlayıb. Həmin filmlərdən “Ulduzlar sönmür” (1971), “Nəsimi”(1974), “Dədə Qorqud”(1975), “Nizami” (1982) və digərlərini göstərmək olar.

Vurğulanıb ki, Heydər Əliyev kino tariximizin tədqiqatçılarına kinomuzun tarixi ilə ciddi məşğul olmağı tapşırır. Bundan ilhamlanan kinoşünaslarımız arxiv sənədlərini araşdırarkən Azərbaycan kinosunun tarixinin heç də 1916-cı ilə deyil, əslində, dünya kinosunun yaranma tarixindən cəmi iki il yarım sonraya - 1898-ci ilə aid olduğunu sübut edə bildilər. Bəli, ilk milli kino nümunələrimiz 1898-ci ildə lentə alınmışdı və Parisdəki “Qrand-kafe”də nümayiş edilən hərəkətli fotolar Bakıda nümayiş olunmuşdu. Bu barədə həmin il avqustun 2-də “Kaspi” qəzetində elan da dərc olunmuşdu.

1998-ci il mayın 2-də Azərbaycan kinosunun 100 illiyi ilə bağlı keçirilən “Festivallar festivalı”nda Ümummilli Lider iftixarla dedi: “Bu gün biz bir kəşf etdik, sübut etdik ki, Azərbaycan kinosunun tarixi 1898-ci ildən başlayır, onun 100 ili tamam olur. Biz 1916-cı ili başlanğıc ili hesab edirdik, lakin Azərbaycan kinosunun yaşını əgər belə demək olarsa 10 il, yaxud, neçə il artırmaq ümumən heç də sadə məsələ deyildi. Bu o deməkdir ki, Azərbaycan sivilizasiyalı ölkədir, dünyada kino meydana çıxan kimi o, Azərbaycana gəlib…”

Azərbaycan kinosunun təşəkkül dövrünün 1898-ci il tarixindən başlandığını dəyərləndirən Heydər Əliyev “Azərbaycan kinosu gününün təsis edilməsi haqqında” tarixi Sərəncam imzaladı və həmin vaxtdan etibarən avqustun 2-si ölkədə Milli Kino Günü kimi qeyd olunur. Kino haqqında fikirlərini bir cümlə ilə ifadə edən Ulu Öndər “Kino bizim xalqımızın salnaməsidir”, - deyirdi.

Heydər Əliyev 1993-2003-cü illərdə Azərbaycana rəhbərlik etdiyi dövrdə 405 nəfər elm, incəsənət və mədəniyyət xadimini ölkənin nüfuzlu mükafatları, orden və medalları ilə təltif etdi. Azərbaycan kino tarixində təxminən 400-ə yaxın film istehsal olunub ki, onlardan 104-ü 1969-1982-ci, 46-sı isə 1993-2002-ci illərə təsadüf edir. Həmin filmlərdən “Bizim Cəbiş müəllim” (1969), “Dəli Kür” (1969), “Şərikli çörək” (1969), “O qızı tapın” (1970), “Yeddi oğul istərəm” (1970), “Axırıncı aşırım” (1971), “Gün keçdi” (1971), “Alma almaya bənzər” (1975), “Tütək səsi” (1975), “Ad günü” (1977), “Dantenin yubileyi” (1978), “Qayınana” (1978), “İstintaq” (1979), “Qorxma, mən səninləyəm” (1981) və s. adlarını çəkməklə dövrün kino mənzərəsini görmək olur.

Müslüm Maqomayevin Ulu Öndərə ithaf etdiyi “Azərbaycan” mahnısını dinləyəndən sonra dahi rəhbər böyük sevgi və həyəcanla demişdir: “Mən bu mahnını çox sevirəm, o məni həyəcanlandırır, çünki mahnıda deyilir ki, Azərbaycan həqiqətən həyatımın mənasıdır”.

Heydər Əliyev Azərbaycanın xalq mahnılarını çox sevirdi, yeri gələndə özü də zümzümə edərdi. “Alagöz” mahnısını ifa edərkən o qədər musiqiyə həssas yanaşırdı ki, lirik mahnı onu kövrəldirdi.

“Ulu Öndərin fəaliyyəti incəsənətimizin bu gün ən dəyərli mövzusudur. Deyə bilərəm ki, bu dahi şəxsiyyət haqqında filmlər, musiqi və ədəbi əsərlər xalqımızın milli-mənəvi sərvətidir və gələcək nəsillər üçün dəyərli mənbələrdir. Kinorejissor Vaqif Mustafayevin “Əsl məhəbbət haqqında” filmi Ulu Öndərin yüksək mənəvi keyfiyyətləri haqqında həqiqətləri tamaşaçılara çatdırır. Bu film dahi şəxsiyyətə həsr olunan on filmdən biridir. “General”, “Birinci”, “Moskva, Kreml”, “Lider”, “Tale”, “Bir həsədin tarixi”, “Professional”, “Patriot”, “Xüsusi təyinat” kimi digər filmlər də Ulu Öndərin həyat və fəaliyyətinin çox uğurlu ekran versiyasıdır. Dahi şəxsiyyətin milli-mənəvi dəyərlərimizə göstərdiyi diqqət və qayğısı, fədakarlığı əsrlər boyu unudulmayacaq və yaddan çıxmayacaq”,- deyə G.Hüseynova fikrini yekunlaşdırıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Müəlliflə əlaqə

Vəkillər Kollegiyası Rəyasət Heyətinin iclasında 12 vəkilliyə namizədin andiçmə mərasimi olub

Xətaidə narkotiklərin satışını təşkil edən şəxslərdə 13 kiloqram heroin və tapança aşkarlanıb VİDEO

TƏBİB: Şəkidə və Şirvanda invaziv kardiologiya və ürək-damar cərrahiyyəsi şöbələrinin açılması planlaşdırılır

Tayvan öz istehsalı olan ilk sualtı qayığı istifadəyə verib

Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində Anım Gününə həsr edilən tədbir keçirilib

Ceyhun Bayramov: Azərbaycana qarşı davam edən qarayaxma kampaniyasının heç bir əsası yoxdur

Nazirliyin şöbə müdiri: Uşağa birbaşa qələm verib yazmağa məcbur etmək öyrənmə həvəsini öldürmək deməkdir

Deputat: Orqan transplantasiyasının həyata keçirilməsi üçün klinikalarımızın imkanları geniş deyil

Milli Elektron Hökumət Portalının kiberhücumlara məruz qalması ilə bağlı yayılan məlumat həqiqəti əks etdirmir

Vüqar Qurbanov: Xidmətlər Zərfinə daxil olan tibbi xidmətin 80 faizi TƏBİB tabeliyindəki müəssisələrdə icra edilib

Vəfa Yaqublu: Tədrisin digər dillərdə aparıldığı bölmələrdə şagirdlər dövlət dilini kifayət qədər yaxşı bilmirlər

ASC işçilərin əmək hüquqlarını pozduğuna görə 20 min manat cərimələnib

Başlıbel sakini: Çəkdiyimiz əzabları unutdurmağa imkan verənlərə minnətdarıq

Prezident İlham Əliyev “Azərişıq” ASC-nin Cəbrayıl Rəqəmsal İdarəetmə Mərkəzinin açılışını edib YENİLƏNƏCƏK

Teymur Musayev: Səhiyyənin rəqəmsallaşmasına icbari tibbi sığortanın verdiyi töhfə olduqca vacibdir

Elm və Təhsil Nazirliyi müəllimlərin şəxsi təşəbbüsü olan dərslikdən əlavə test toplularını dəstəkləmir

İşğaldan azad edilmiş ərazilərdə radioloji və radioekoloji tədqiqatlara başlanılır

Başlıbel qətliamı ilə bağlı Azərbaycan və ingilis dillərində hesabat nəşr olunub

Bakıda Çin şirkətlərinin məhsullarının sərgisi açılıb

Nazirliyin şöbə müdiri buraxılış və qəbul imtahanlarında sualların məzmunundan danışıb

İlk dəfə! “Uzun Həsən - Ağqoyunlu dövlətinin hökmdarı” sərgisi açılır

Çimərlik voleybolu üzrə Azərbaycan klubları iki beynəlxalq yarışda iştirak edəcək

Azərbaycan Prezidenti İlham Əliyev Cəbrayıl rayonuna səfər edib

Nazirlik rəsmisi: Dərsliklərdə texniki səhvlərlə bağlı çox narazılıqlar var

Vəfa Yaqublu: Dərsliklərin fiziki ağırlığından şikayət edən valideynlər var

Sentyabrın 28-i Quduzluğa qarşı Mübarizə Günüdür

Nazirlik rəsmisi: 5-6-cı siniflər üçün təbiət dərsliyi gələn ildən etibarən istifadəyə veriləcək

İdarə Heyətinin sədri: 2019-cu ildən həkimlərin maaşında kifayət qədər artım olub

Kosmik Nəsil Məşvərət Şurasının nümayəndəsi: Azərbaycan gəncləri kosmosun öyrənilməsində fəallığı ilə seçilir

Kimya dərsliyində dəyişiklik edilməsi gözlənilir

Orxan Məmmədov: İqtisadi inkişaf konsepsiyası dayanıqlı iqtisadiyyatın möhkəmlənməsinə müsbət təsirini göstərəcək

Burkina-Fasoda dövlət çevrilişinə cəhd edən bir qrup zabit saxlanılıb

Vitali Borisov Çempionlar Liqasının bombardirləri sırasında yer alıb

Stokholm metrosunda pilotsuz qatarlar peyda olacaq

Elm və Təhsil Nazirliyi tarix dərsliklərinin konsepsiyası ilə bağlı Tarix İnstitutuna müraciət ünvanlayıb

Suraxanı rayonunda hərbi sursat aşkarlanıb VİDEO

Nazirliyin şöbə müdiri: Ən çox 11-ci sinif Azərbaycan tarixi dərsliyinə rəy daxil olub

Azərbaycan-Türkiyə dostluğu və strateji tərəfdaşlığı dünya üçün nadir nümunədir ŞƏRH

Zaur Əliyev: Xidmətlər Zərfi çərçivəsində 100 milyondan çox tibbi xidmət göstərilib

Fərid Şəfiyev: Azərbaycana qarşı törədilən soyqırımı hadisələrini dünya ictimaiyyətinə çatdırmaq işmizi davam etdirməliyik

FHN: Ötən sutka ərzində 9 nəfər xilas edilib

Gələn il hazırlanacaq 5-9-cu sinif dərslikləri üzərində işə başlanılıb

Antimaddənin sirri açılır

Azərbaycan ilə Çin arasında yük dövriyyəsinin artırılması üçün atılacaq konkret addımlar müəyyən edilib

Nazirlik rəsmisi: İctimai müzakirədə olan dərsliklərə istənilən şəxs rəyini yazıb göndərə bilər

Əkin sahələrinə dəyən zərərə görə sığorta ödənişlərinə başlanılacaq

“Vulverhempton”un sabiq futbolçusu Azərbaycan klubuna keçib

Vəfa Yaqublu: Bu il 61 dərslik üzərində işləmişik

Müdafiə Nazirliyi Xocalıda müsadirə edilən silah-sursatın görüntülərini yayıb VİDEO

UEFA Gənclər Liqası: Asim Xudiyev “Qəbələ”nin oyununa təyinat alıb

Azərbaycan ilə Çin arasında nəqliyyat-logistika məsələləri müzakirə olunub

Şuşa-Laçın yolunda avtomobildə baş verən yanğın söndürülüb

DTX: Ermənistan vətəndaşı Ruben Vardanyan təqsirləndirilən şəxs qismində saxlanılaraq məsuliyyətə cəlb olunub VİDEO

FHN-nin əməkdaşları Xankəndi yaxınlığında partlayışın baş verdiyi ərazidə axtarış-xilasetmə işlərini davam etdirirlər FOTO

Nazir müavini: Azərbaycanda güclü özəl sektor formalaşmaqdadır

İrlandiya parlamentində Azərbaycan Milli Məclisi ilə dostluq qrupu yaradılacaq

Dövlət Xidməti: Bu il keyfiyyət sahəsinin tənzimlənməsi istiqamətində böyük addımlar atılacaq

Böyük Teatrın səhnəsində “Min bir gecə” baleti nümayiş olunub

“Qarabağ: mülahizələr və düşüncələr” kitabının təqdimatı olub

Mərkəzi Klinika: Deputat Qənirə Paşayevanın ümumi vəziyyəti ağır olaraq qalır

AFFA rəsmisi “Beşiktaş” klubunun oyununa təyinat alıb

Anım Günü ilə əlaqədar ƏƏSMN tərəfindən tədbirlər keçirilib

Azərbaycan rejissoru Macarıstanda keçirilən 10-cu MITEM Beynəlxalq teatr festivalına dəvət alıb

Kosmik Nəsil Məşvərət Şurası tələbələr üçün 70-dən çox müxtəlif təqaüd təmin edir

Rəqabət Məcəlləsinin qəbul olunması sahibkarlığın inkişafına stimul verəcək

28 Sentyabr - Ümumdünya Dəniz Günüdür

Qubalı şəhidin əkiz qızları dünyaya gəlib

Azərbaycan Basketbol Liqasında iştirak edəcək bütün komandalar bəlli olub

Qarabağ bölgəsində müsadirə edilmiş döyüş texnikası, silah və sursat - SİYAHI

Dubayda Anım Gününə həsr olunmuş tədbir keçirilib

“Sabah” basketbol klubu Avropa Kuboku üçün iştirak ərizəsini FIBA-ya təqdim edib

Məktəbəqədər təhsil müəssisələrində boş qalan yerlər açıqlanıb

Azərbaycan və Böyük Britaniya beynəlxalq axtarışa verilmiş şəxslərin təhvil verilməsi məsələlərində sıx əməkdaşlıq edəcək

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının məlumatı

Yevlax rayonunda ər həyat yoldaşını qətlə yetirib

Bu il Hökumətlərarası Təqaüd Proqramları ilə 8 nəfər BDU-da təhsil alacaq

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının məlumatı

Ümumdünya prokurorlarının növbəti iclası Bakıda keçiriləcək

Şəhidlərə həsr olunan “Ordubadın Zəfər zirvəsi” adlı kitabın təqdimatı keçirilib

Azərbaycan 21-ci Kosmik Nəsil Konqresində böyük nümayəndə heyəti ilə təmsil olunur

Azərbaycan ilə Qətər arasında mədəni əməkdaşlıq əlaqələri müzakirə olunub

Liderlərin Naxçıvan görüşü Türk dünyasına milli qürur və birlik hissi bəxş etdi - RƏY

Azərbaycan və Türkiyə su qıtlığına qarşı mübarizə sahəsində əməkdaşlığı genişləndirir

Bakıda 21-ci Kosmik Nəsil Konqresinin açılış mərasimi olub

Şəkidə üzərində “Kalaşnikov” gəzdirən, narkotik vasitələrin dövriyyəsi və satışı ilə məşğul olan 16 nəfər ifşa edilib

MDU-da Anım Gününə həsr olunmuş dəyirmi masa keçirilib

Kürdəmirdə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb

Paytaxtın bir sıra yollarında nəqliyyat sıxlığı müşahidə olunur

ABŞ prezidentliyinə namizəd: Ölkəyə Ukraynadakı münaqişəyə son qoymaq üçün plan lazımdır

Tbilisidəki “Alyans” Gənclər Mərkəzində Qarabağ müharibələri şəhidlərinin xatirəsi anılıb

KXDR parlamenti bir neçə nazir və Mərkəzi Banka yeni rəhbər təyin edib

ABŞ Ssenaristlər Gildiyası beşaylıq tətili dayandırıb

Futbol üzrə İspaniya La Liqasında sürpriz lider

Budapeştdə 27 Sentyabr - Anım Günü ilə əlaqədar tədbir təşkil olunub VİDEO

Daşkənddə anbarlardan birində güclü partlayış və yanğın baş verib

Lavrov: Rusiya Ukrayna ilə bağlı danışıqlar üçün Qərbin ciddi təkliflərini görmür

İtaliya A seriyası: “İnter”in beş oyunluq qələbə seriyası qırılıb

27 Sentyabr – Anım Günü ilə əlaqədar Bolqarıstan mediasında materiallar dərc olunub

ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib

Pakistanda Anım Günü ilə bağlı tədbir keçirilib