MƏDƏNİYYƏT


Azərbaycan kitabxanası “Biblioaxtarış” sistemindən istifadə edəcək

Bakı, 4 fevral, AZƏRTAC

Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminə (MKS) “Biblioaxtarış” (Библиопоиск) axtarış sistemindən istifadə etmək hüququ verilib.

MKS-dən AZƏRTAC-a bildirilib ki, sözügedən axtarış sistemində məlumatlar xronoloji ardıcıllıqla 1600-cü ildən bu günə qədər toplanılıb.

Bu sistem kitab və sənəd haqqında məlumatların daha asan yolla, tez tapılması üçün müasir və rahat axtarış sistemidir. Burada məlumatları həm onlayn rejimdə oxumaq, həm də köçürmək imkanı yaradılıb. Axtarışın nəticələrini sosial şəbəkələrdə də paylaşmaq mümkündür.

Azərbaycan kitabxanalarında bu sistemin istifadəsi kitabxanaların müasir informasiya texnologiyalarına yaxınlaşması üçün mütərəqqi addımdır.

Rus və ingilis dillərini dəstəkləyən sistemdən hazırda Rusiya, Belarus, Ukrayna, Qazaxıstan və bir sıra xarici ölkələrin kitabxanaları istifadə edirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.