İDMAN


Azərbaycan komandaları Avropa şahmat klub kuboku yarışında uğurlu çıxışlarını davam etdirirlər

Bakı, 5 oktyabr, AZƏRTAC

Avstriyanın Mayrhofen şəhərində Avropa şahmat klub kuboku yarışı davam edir.

AZƏRTAC xəbər verir ki, oktyabrın 4-də ikinci turun oyunları keçirilib.

Ölkəmizi təmsil edən kişi şahmatçılardan ibarət "Vüqar Həşimov" komandası İsveçin “Stockholms” kollektivi ilə qarşılaşıb. Görüş “Vüqar Həşimov” komandasının 4,5:1,5 hesablı qələbəsi ilə yekunlaşıb.

Qadınlardan ibarət "Odlar Yurdu" komandası Ukraynanın "Blue & Yellow" klubunu 3:1 hesabı ilə məğlub edib.

Qeyd edək ki, "Vüqar Həşimov" komandası ilk turda İngiltərənin "Şarks", "Odlar Yurdu" isə Fransanın "Filidor" komandasına qalib gəlib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.