İDMAN


Azərbaycan komandası “Böyük dəbilqə” turnirini ikinci yerdə başa vurub

Bakı, 19 fevral, AZƏRTAC

Təl-Əvivdə keçirilən “Böyük dəbilqə” turnirində Azərbaycanın cüdo komandası uğurla çıxış edərək 2 qızıl, 1 gümüş, 1 bürünc medal qazanıb.

AZƏRTAC xəbər verir ki, qızıl medalları komandamızın aktivinə Hidayət Heydərov (73 kq) və Məmmədəli Mehdiyev (90 kq) yazdırıblar. Gümüş medala Yaşar Nəcəfov (66 kq), bürünc mükafata isə Zelim Kotsoyev (100 kq) sahib olublar.

Bununla da Azərbaycan komandası 34 ölkə arasında ümumi hesabda ikinci yeri tutub. Birinci yerdə 4 qızıl, 4 bürünc medalla Fransa, üçüncü pillədə isə 2 qızıl, 1 gümüş medalla Gürcüstan komandaları qərarlaşıblar.

Komandamız kişilərin mübarizəsində birinci yerə sahib olub. İkinci yeri 2 qızıl medalla Gürcüstan, üçüncü yeri isə 1 qızıl, 2 bürünc medalla İsrail komandaları tutublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.