ORDU
Azərbaycan komandası “Dəniz kuboku - 2018” müsabiqəsinin iştirakçıları arasında futbol yarışının qalibi olub
Bakı, 5 avqust, AZƏRTAC
“Dəniz kuboku - 2018” beynəlxalq müsabiqəsində iştirak edən ölkələrin komandaları arasında futbol yarışı keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, birinci mərhələdə İran komandası ilə qarşılaşan Azərbaycan hərbi dənizçiləri qalib gəlib. Qazaxıstan və Rusiya komandalarının oyunu isə Rusiya dənizçilərinin qələbəsi ilə başa çatıb.
Final oyunlarında İran dənizçiləri Qazaxıstan komandasına, Azərbaycan komandası isə rusiyalı hərbi dənizçilərə qalib gəlib.
Beləliklə, futbol üzrə dostluq turnirində Azərbaycan birinci, Rusiya ikinci, İran komandası isə üçüncü yerə layiq görülüb.
Qalib komandalara kuboklar, medallar, fəxri fərmanlar və hədiyyələr təqdim edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [13:10]
Hərbi Dəniz Qüvvələri və FHN-in “Dalğa-2024” birgə taktiki təlimi keçirilir
- 23.04.2024 [13:21]
Müdafiə Nazirliyi: Tank bölmələrində yarış keçirilib VİDEO
- 23.04.2024 [12:19]
“Laçın” dövlət sərhədindən buraxılış məntəqəsinin qurulmasının ildönümüdür
- 21.04.2024 [15:45]
Şəhidlərin xatirəsinə həsr olunan anım mərasimləri təşkil edilib
- 21.04.2024 [13:09]
Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO
- 20.04.2024 [15:24]